Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya NATO-ya hücum edəcək: Kremlin növbəti qurbanı

Rusiya NATO-ya hücum edəcək: Kremlin növbəti qurbanı

DÜNYA

372

06.07.2025, 18:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO-nun baş katibi Mark Rutte "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə Çinin Tayvan adasına hücum edəcəyi halında Rusiyanın NATO ərazisinə müdaxilə edə biləcəyi ehtimalını səsləndirib.

NATO baş katibi hətta bunun necə baş verəcəyini izah edib: "Çin lideri Si Szinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, Çinin Tayvana hücumu sırasında Rusiya NATO ərazisinə hücum etsin". Mark Ruttenin fikrincə, bu Çinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. NATO baş katibi səsləndirdiyi ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Blokunun Hind-Sakit okean bölgəsində fəallığının artırılması zərurətini bildirib. Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Bu, onun fikrincə, Estoniya olacaq.

Oxu24.com  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü? Çin lideri Si Szinpin Tayvanın ölkəsinə məxsus olduğunu və bu adanın Çinə birləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulayıb. Yəni bu hadisə nə zamansa baş verəcək, sadəcə Pekin məsələni həll etmək üçün münasib zaman seçməlidir. Qərbdə həmin "zamanın" nə zaman gələcəyi üzərində düşünürlər.

Çin xarici işlər naziri Van Yi bugünlərdə Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Yəni Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək. Bu sözlərdən çıxan digər nəticə odur ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq. Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehtimalı bu amilə əsaslanır.

Rusiya Prezidenti Vladimir Putin müsahibələrində ölkəsinin heç bir NATO ölkəsinə hücum etməyəcəyini bir neçə dəfə bildirib. Ancaq Kreml sahibinə inanmaq olarmı? Putin 2000-ci illərin başında deyirdi ki, Rusiyanın Krımı Ukraynadan qoparmaq fikri yoxdur, 2014-cü ildə bunun tərsi baş verdi. Mark Rüttenin açıqlamasına cavab ənənəvi üzrə Putinin dostu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevdən gəlib. Həmişəki kimi aqressiv açıqlama verən Medveydev NATO baş katibini bu sözlərlə hədələyib: "Mark Rütte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq". Bu sözləri tələffüz edən şəxs və onun dostu Çinin gələcək xahişini yerə salmaz", - politoloq bildirib.

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

113

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

129

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

117

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

132

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

131

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

133

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

232

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

123

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

981

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

128

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

133

0
Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

19:09 / 17 Noyabr 2026

HƏRBİ HƏRBİ

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF  

134

0