Şimali Koreyada gizli tibb institutu NƏYƏ XİMƏT EDİR?
21 Oktyabr 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
311
03.07.2025, 14:10
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun 2022-ci ildə təhsil almaq üçün İngiltərəyə getməzdən əvvəl adını dəyişdiyi məlum olub.
Oxu24.com xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Avner Netanyahu adını dəyişərək Avi Seqal olaraq İngiltərədə bu adla universitetə daxil olub və mənzil alıb.
Müxalifətdə olarkən 2022-ci ildə təhsil almaq üçün İngiltərəyə gedən İsrail baş naziri Netanyahunun oğlu Avnerin müsəlman əhalisinin çox olduğu bir bölgədə "Netanyahu" soyadı ilə tanınacağından ehtiyat edərək adını Avi Seqal olaraq dəyişdirdiyi ortaya çıxıb.
İsrail şəxsiyyət vəsiqəsindəki adını nənəsinin soyadından istifadə edərək Avi Seqal olaraq dəyişdirən Avner, sürücülük vəsiqəsində və pasportunda da adını dəyişdiyini bildirərək, müsəlmanların yaşadığı bir ölkədə bu adla gəzməyə ehtiyat etdiyini bildirib.
İngiltərədən Avi Seqal adı ilə 502 min lirəyə mənzil aldığı ortaya çıxan Avnerin alışını nağd şəkildə etdiyi, daha sonra atası ilə əlaqəsini gizlədərək Oksford Universitetində magistr təhsilinə başladığı və adının da məktəb qeydlərində Avi Seqal olaraq qeyd edildiyi bildirilib.
İsrail qanunlarına görə xaricdən alınan və dəyəri 2 milyon İsrail şekelindən aşağı olan mülklər üçün vergi idarəsini xəbərdar etməyə ehtiyac olmadığı bildirilən xəbərdə Avnerin lirənin şekel qarşısında ən zəif olduğu dövrdə aldığı mənzilin qiymətinin 1 milyon 970 min şekel olduğu üçün xəbər verilmədiyi vurğulanıb.
Bildirilib ki, mənzili hansı mənbədən aldığı soruşulan Avner mənbənin ailəsi olduğunu deyib.
Qeyd olunub ki, Avner 2023-cü il oktyabrın 7-dən sonra İngiltərədən İsrailə qayıdıb.
İsrail mətbuatı Netanyahu ailəsinin bir çox mülkə malik olduğunu bildirərək, Avnerin İngiltərədə aldığı mənzilin də onlardan biri olduğunu yazıb.
Miri
19:04 / 21 Oktyabr 2026
1
18:53 / 21 Oktyabr 2026
27
18:39 / 21 Oktyabr 2026
38
18:35 / 21 Oktyabr 2026
37
18:27 / 21 Oktyabr 2026
46
18:22 / 21 Oktyabr 2026
51
18:19 / 21 Oktyabr 2026
52
18:10 / 21 Oktyabr 2026
49
18:06 / 21 Oktyabr 2026
58
17:59 / 21 Oktyabr 2026
75
17:59 / 21 Oktyabr 2026
69
17:56 / 21 Oktyabr 2026
67
17:42 / 21 Oktyabr 2026
71
17:39 / 21 Oktyabr 2026
72
17:32 / 21 Oktyabr 2026
440
17:31 / 21 Oktyabr 2026
66
17:23 / 21 Oktyabr 2026
75
17:19 / 21 Oktyabr 2026
68
17:14 / 21 Oktyabr 2026
118
17:09 / 21 Oktyabr 2026
225
17:05 / 21 Oktyabr 2026
1100
16:51 / 21 Oktyabr 2026
174
16:41 / 21 Oktyabr 2026
510
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.