ABŞ-də qaz anbarında güclü yanğın baş verib
17 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
03.07.2025, 09:49
Nəhərd asteroid Yerə doğru sürətlə irəliləyir. Əgər dəysə, həyatı iflic edəcəyi deyilir, mütəxəssislər isə onun "atom bombası qədər güclü" olduğunu iddia edir.
Oxu24.com xəbər verir ki, 2024-cü ilin sonunda kəşf edilən və əvvəlcə Yerə dəyəcəyi güman edilən YR4 adlı nəhərd asteroidin istiqaməti yenidən hesablandı. 10 mərtəbəli bina ölçüsündəki göy cismi indi Aya doğru hərəkət edir və dəymə ehtimalı getdikcə artır. NASA-ya görə, 2032-ci ildə baş verə biləcək toqquşmanın ehtimalı 4.3%-ə yüksəlib. Bu göstərici fevralda 1.7%, apreldə isə 3.8% idi.
Avstraliya Milli Universitetindən kosmoloq Bred Taker deyib: "Təhlükə Yerdən Aya keçdi, amma bu bizi maraqlandırmır demək deyil. 1/25 kimi bir ehtimaldan danışırıq".
Takerə görə toqquşma atom bombası təsiri yarada bilər və yarana biləcək meteor yağışları Yer ətrafı orbitdəki peykləri təhdid edə bilər.
Bu toqquşma internet bağlantılarından naviqasiya sistemlərinə, maliyyə əməliyyatlarından hərbi infrastrukturlara qədər bir çox həyati sistemi iflic edə bilər. Çünki dəymədən sonra yaranacaq kosmik qalıqlar Yer orbitindəki peyklərə ziyan vurma potensialına malikdir. Hətta yeni bir "peyk qalıqları halqası" yaranma riski belə var.
Günəş dinamikası mütəxəssisi Dr. Pol Viqert bildirir ki, əgər YR4 Aya dəysə, bu son 5 min ilin ən böyük kosmik toqquşması olacaq. Nəhərd asteroid kosmik stansiyanı və ya böyük peykləri asanlıqla məhv edə biləcək qüvvədədir.
Yeni tədqiqatlar göstərir ki, bu toqquşma təsiri təkcə Ayda deyil, həm də Yerdə özünü göstərə bilər. Çünki yarana biləcək böyük miqdarda qalıqların Yer orbitinə çəkilərək peyklərin zədələnmə ehtimalını min dəfə artıra biləcəyi proqnozlaşdırılır. Səlahiyyətlilər isə hələlik həyəcanlanmamaq lazım olduğunu, amma prosesin diqqətlə izlənilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayır.milli.az
23:40 / 17 Avqust 2026
63
23:28 / 17 Avqust 2026
62
23:13 / 17 Avqust 2026
59
23:00 / 17 Avqust 2026
66
22:22 / 17 Avqust 2026
59
21:56 / 17 Avqust 2026
76
21:49 / 17 Avqust 2026
94
21:43 / 17 Avqust 2026
83
21:33 / 17 Avqust 2026
104
20:56 / 17 Avqust 2026
100
20:26 / 17 Avqust 2026
74
20:14 / 17 Avqust 2026
148
19:48 / 17 Avqust 2026
91
19:35 / 17 Avqust 2026
76
19:24 / 17 Avqust 2026
92
19:10 / 17 Avqust 2026
103
18:58 / 17 Avqust 2026
90
18:51 / 17 Avqust 2026
96
18:45 / 17 Avqust 2026
330
18:36 / 17 Avqust 2026
76
18:30 / 17 Avqust 2026
428
18:23 / 17 Avqust 2026
475
18:10 / 17 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.