ABŞ-də qaz anbarında güclü yanğın baş verib
17 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
253
02.07.2025, 16:42
İsveçrə ilə ABŞ arasında F-35 böhranı yaşanıb.
Oxu24.com xəbər verir ki, Fransanın "Le Monde" qəzeti İsveçrənin 2022-ci ildə müqavilə imzaladığı 36 ədəd F-35 döyüş təyyarəsi üçün əlavə xərcinin milli qalmaqala çevrildiyini yazıb.
İsveçrənin alacağı döyüş təyyarələrinin 2022-ci ildə elan edilən 6 milyard İsveçrə frankı qiymətindən çox olacağı qeyd edilib.
Həmçinin İsveçrə hökumətinin son zamanlar ABŞ tərəfindən aldadıldığına işarə etdiyi və 19 sentyabr 2022-ci il tarixində paraflanan müqavilədə sabit qiymətin olduğunu müdafiə etdiyi bildirilib.
Xəbərdə F-35-lərin 2027-2030-cu illər arasında mərhələli şəkildə İsveçrə ordusuna təhvil veriləcəyi və bu günə qədər mövzuya səssiz qalan ABŞ rəhbərliyinin "sabit qiymət"lə bağlı anlaşılmazlıq olduğunu da dilə gətirdiyi bildirilib.
Aylarla davam edən söz-söhbətlərdən sonra İsveçrənin müdafiə naziri Martin Pfisterin iyunun 25-də sözügedən F-35-lərin alınmasının vergi ödəyicilərinə əlavə 1 milyard İsveçrə frankı bahasına başa gələ biləcəyini etiraf etmək məcburiyyətində qaldığı bildirilib. Vurğulanıb ki, bu vəziyyət sabit qiymət məsələsinin əslində yalnız bu təyyarənin seçimini məcbur etmək istəyənlərin beynində mövcud olduğunu qəbul etmək deməkdir.
Bəzi müşahidəçilərin F-35 üçün ödəniləcək əlavə xərcin ikiqat artırıla biləcəyini düşündüyü və bu həssas mövzunun yenidən gündəmə gəldiyi bildirilib.
İsveçrənin hava qüvvələri pilotlarının seçdiyi Fransız Rafale döyüş təyyarələri yerinə F-35-lərə üstünlük verməsindən bəri müzakirələrin davam etdiyi, İsveçrəli millət vəkili Pierre-Alain Fridezin tender prosesinin Amerika təyyarəsinin lehinə saxtalaşdırıldığını irəli sürən bir çox elementin olduğunu bildirdiyi bildirilib.
Fridezin təyyarə seçimində müəyyən edilən kriteriyaların yalnız F-35-ə uyğun hazırlandığını və "sabit qiymət" mifinin daha bahalı F-35-in Rafale-ə üstünlük verilə bilməsi üçün icad edildiyini söylədiyi bildirildi.
Millət vəkili bu təyyarələrin seçimi zamanı çoxsaylı şəffaflıq qaydalarının pozulduğunu və bu vəziyyətin əsl dövlət qalmaqalı olduğunu da bildirib.
Miri
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.