Azərbaycanın "qara siyahı"sına düşən siyasətçidən ŞOK QƏRAR: Sabah saat 20:30- da...
21 Oktyabr 2026, 21:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
207
02.07.2025, 15:02
ABŞ Müdafiə Nazirliyi prezident Donald Trampa Ukraynaya hərbi yardım variantları təqdim etməkdə davam edir, departamentin fikrincə, ABŞ-ın özünün müdafiə qabiliyyətinə təsir etməyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Axios-a müsahibəsində müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Kolbi bildirib.
“Müdafiə Nazirliyi Ukraynaya hərbi yardımın davam etdirilməsi üçün prezidentə etibarlı variantlar təqdim etməyə davam edir”, - deyən Kolbi, Pentaqonun yanaşmasının daim nəzərdən keçirildiyini və eyni zamanda Kiyevə dəstək vermək və ABŞ Ordusunun döyüş hazırlığını saxlamaq üçün uyğunlaşdırıldığını bildirib.
Lakin bu bəyanatlar fonunda daha əvvəl məlum olmuşdu ki, Pentaqon Ukraynaya əsas silah növlərinin tədarükünü müvəqqəti olaraq dayandırıb. Söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli artilleriya döyüş sursatları, “Hellfire” və “GMLRS” raketləri, həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinin istifadə etdiyi “yer-hava” və “hava-hava” tipli raketlərdən gedir.
Bu qərarı ABŞ-ın öz ehtiyatlarının vəziyyəti ilə bağlı narahatlıqlar fonunda müdafiə naziri Pit Heqset verib.
“The New York Times” yazır ki, tədarüklərdəki fasilə bir neçə ay davam edə bilər və Pentaqonun bütün xarici hərbi dəstək sisteminə baxışının nəticələrinə görə baş verib. Mənbələrin bildirdiyinə görə, ABŞ öz maraqlarını prioritetləşdirmək və dünyanın digər bölgələrində baş verə biləcək fövqəladə hallara hazır olmaq prinsipindən çıxış edir.
Ağ Ev bildirib ki, dayandırılması yardımdan imtina deyil, strateji tarazlıq istəyini əks etdirir. Lakin indiki mərhələdə bu pauzanın davam edən genişmiqyaslı hərbi əməliyyatlar fonunda Ukrayna ordusunun döyüş hazırlığına necə təsir edəcəyi hələ aydın deyil.
Nigar
21:45 / 21 Oktyabr 2026
21
21:38 / 21 Oktyabr 2026
121
21:25 / 21 Oktyabr 2026
76
21:15 / 21 Oktyabr 2026
61
21:12 / 21 Oktyabr 2026
768
21:06 / 21 Oktyabr 2026
71
21:04 / 21 Oktyabr 2026
68
21:02 / 21 Oktyabr 2026
84
20:59 / 21 Oktyabr 2026
80
20:49 / 21 Oktyabr 2026
83
20:42 / 21 Oktyabr 2026
62
20:39 / 21 Oktyabr 2026
330
20:39 / 21 Oktyabr 2026
65
20:33 / 21 Oktyabr 2026
71
20:28 / 21 Oktyabr 2026
176
20:27 / 21 Oktyabr 2026
445
20:25 / 21 Oktyabr 2026
70
20:22 / 21 Oktyabr 2026
66
20:14 / 21 Oktyabr 2026
76
19:59 / 21 Oktyabr 2026
409
19:45 / 21 Oktyabr 2026
91
19:34 / 21 Oktyabr 2026
122
19:24 / 21 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.