ABŞ-də qaz anbarında güclü yanğın baş verib
17 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2066
28.06.2025, 11:30
Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.
Oxu24.com xəbər verir ki, məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) döyüşçülərinin dəstəyi ilə iyulun 27-də ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib.
Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb, onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır.
İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.
Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki daha öncə Azərbaycan XİN məsələ ilə bağlı bəyanat yayıb.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.