Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
280
27.06.2025, 12:05
İsrail hələ 2024-cü ilin noyabrında İrana hücuma hazırlaşmağa başlayıb və hədəflərin tam siyahısı həmin vaxt müəyyən edilib.
Oxu24.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail və Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ötən ilin noyabrında hakimiyyət İsrail Müdafiə Qüvvələrinin (IDF), İsrail Hərbi Hava Qüvvələri komandanlığının və kəşfiyyatının 120 yüksək rütbəli nümayəndəsinin iştirakı ilə gizli iclas keçirib.
İclasdan sonra İranın 250 nüvə proqramı obyekti və hərbi infrastrukturunun, eləcə də ayrı-ayrı şəxslərin siyahısı təsdiq edilib.
İyunun 13-də İsrail İrana qarşı “Yüksək Aslan” adlı hərbi əməliyyata başlayıb. Kütləvi hücumda 200-dən çox təyyarə iştirak edib, nüvə obyektlərinə (Natanz, İsfahan, Fordo), hərbi bazalara və silahların hazırlanması mərkəzlərinə zərbələr endirib.
İranın yüksək rütbəli generalları və nüvə alimləri də sıradan çıxarılıb. İsrail əməliyyatı Tehranın nüvə silahı yaratmasının qarşısının alınmasının zəruriliyi ilə izah edib.
Elə həmin axşam İran İsrailin Təl-Əviv, Hayfa, Beerşeba və digər şəhərlərinə yüzdən çox pilotsuz uçan aparat və ballistik raketlər ataraq “Doğru vəd 3” əməliyyatını elan etdi.
İyunun 22-nə keçən gecə ABŞ açıq şəkildə İsrail və İran arasında hərbi münaqişəyə girdi: onlar İranın üç nüvə obyektini vurdular: Fordo, Natanz və İsfahan. ABŞ prezidenti Donald Tramp xalqa müraciət edib: o, zərbənin məqsədinin İranın uranı zənginləşdirmə obyektlərini məhv etmək və nüvə təhlükəsinə son qoymaq olduğunu bildirib.
İyunun 24-nə keçən gecə Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayacaq.
Bundan əvvəl İran ABŞ və İsrailin nüvə proqramını məhv etmək cəhdlərinin nədən ibarət olduğunu açıqlamışdı.
Miri
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.