ABŞ-də qaz anbarında güclü yanğın baş verib
17 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1090
26.06.2025, 11:13
Rusiya xarici işlər naziri Sergey Lavrov İran ətrafında hərbi gərginliyin artmasının regional və qlobal təhlükəsizliyə xələl gətirə biləcəyini ifadə edərək, "Bu qanlı və dağıdıcı hadisə region xalqlarının normal inkişafına kömək etmir" deyib.
Oxu24.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Lavrov Türkmənistana səfər edib, prezident Serdar Berdiməhəmmədov tərəfindən qəbul edilib və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
Lavrov və Meredov Rusiya və Türkmənistan Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar.
Görüşdən sonra nazirlər Türkmənistan Xarici İşlər Nazirliyinin əməkdaşları və nazirliyin nəzdində fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri ilə görüşüblər.
Lavrov buradakı çıxışında 3-cü Dünya Müharibəsi ehtimalını dəyərləndirərək, "Bu mövzu indi çox danışılır. Bu, xüsusilə Avropada yaşanan qisas, təcavüz və döyüşçülük hissləri səbəbindən üzücüdür. Sanki Avropa İttifaqı (AB) üzvlərinin liderləri üçün iki dünya müharibəsi kifayət etmədi", deyə qeyd edib.
Qlobal təhlükəsizliyin təhlükədə olduğunu deyən Lavrov, "Qiyamət saatı oxdan çıxır və gecə yarısına yaxınlaşır. Bunun qarşısını almaq vacibdir. Bu fəlakətin baş verməməsi üçün fəal şəkildə çalışırıq", deyə Lavrov bildirib.
“ÇOX NARAHATLIQ”
Yaxın Şərqdəki vəziyyətə toxunan Lavrov, "İran ətrafında hərbi gərginliyin artması son dərəcə narahatlıq doğurur. Bu, regional və qlobal təhlükəsizliyin pozulmasına səbəb ola bilər" deyib.
İsrailin hücumlarından sonra ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlar təşkil etdiyinə diqqət çəkən Lavrov, bu hərəkətlərin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarına zidd olduğunu və bunu pislədiklərini bildirib.
Lavrov təcavüzü dayandırmağa və İran ətrafındakı vəziyyəti siyasi və diplomatik kanala qaytarmaq üçün bütün lazımi addımları atmağa çağırırıb.
Rusiyanın daha əvvəl də məsələnin həlli ilə bağlı ABŞ, İsrail və İrana təkliflər verdiyini xatırladan Lavrov bunlarla bağlı məsləhətləşmələrə və məsələdə iştirak edən tərəflərlə təmasları davam etdirməyə hazır olduğunu bildirib.
ABŞ prezidenti Donald Trampın İsrail-İran atəşkəsi elan etdiyinə diqqət çəkən Lavrov bunun müsbət siqnal olduğunu vurğulayaraq, "ABŞ, İsrail və İran dünən ümidverici, lakin sonradan ziddiyyətli bəyanatlar verdilər.
Nigar
10:59 / 18 Avqust 2026
5
10:43 / 18 Avqust 2026
31
10:39 / 18 Avqust 2026
36
10:34 / 18 Avqust 2026
52
10:25 / 18 Avqust 2026
45
10:23 / 18 Avqust 2026
47
10:14 / 18 Avqust 2026
47
10:14 / 18 Avqust 2026
148
09:59 / 18 Avqust 2026
59
09:48 / 18 Avqust 2026
53
09:33 / 18 Avqust 2026
150
09:26 / 18 Avqust 2026
65
09:08 / 18 Avqust 2026
70
09:08 / 18 Avqust 2026
65
08:57 / 18 Avqust 2026
68
08:54 / 18 Avqust 2026
60
01:37 / 18 Avqust 2026
73
23:40 / 17 Avqust 2026
204
23:28 / 17 Avqust 2026
124
23:13 / 17 Avqust 2026
84
23:00 / 17 Avqust 2026
131
22:22 / 17 Avqust 2026
75
21:56 / 17 Avqust 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.