Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət
18 Avqust 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
236
24.06.2025, 16:30
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ondan İrana zərbə endirməməsini istəyib.
Oxu24.com xəbər verir ki, bu barədə X sosial şəbəkəsində adının açıqlanmasını istəməyən israilli məmura istinadən Axios-un müxbiri Barak Ravid məlumat verib.
Ağ Ev rəhbərinin sorğusuna cavab olaraq Netanyahu zərbəni ləğv edə bilməyəcəyini və Tehranın atəşkəs rejimini pozmasına cavab verilməsinin zəruri olduğunu bildirib.
Ravid yazır ki, sonda zərbənin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq, çoxlu sayda hədəfə hücumu ləğv etmək və yalnız bir hədəfi vurmaq barədə qərar qəbul edilib.
Bundan əvvəl “Galei Tzahal” radiostansiyası İsrailin Tehran ətrafında İran radarına hücum etdiyini və bununla da atəşkəs rejiminin pozulmasına reaksiyasını tamamladığını bildirmişdi.
İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayacaq.
Amerika liderinin bəyanatına baxmayaraq, İran və İsrail arasında zərbələr davam edir. “Reuters”in xəbərinə görə, Tramp Tel-Əvivi və Tehranı atəşkəsi pozmaqda ittiham edib. Jurnalistlərin fikrincə, Ağ Ev rəhbəri İsraildən narazıdır, çünki ölkə atəşkəsə razılaşdıqdan dərhal sonra zərbələr endirməyə başlayıb.
Daha sonra Tramp Truth sosial şəbəkəsində yazıb ki, İsrail İran ərazisinə bomba atmaqdan çəkinməlidir. Siyasətçi bununla İsrailin ciddi qanun pozuntusuna yol verəcəyini vurğulayıb. Prezident İsrail komandanlığını pilotlarını dərhal geri qaytarmağa çağırıb.
Nigar
14:38 / 18 Avqust 2026
1
14:30 / 18 Avqust 2026
26
14:15 / 18 Avqust 2026
24
14:12 / 18 Avqust 2026
34
14:05 / 18 Avqust 2026
40
13:59 / 18 Avqust 2026
42
13:45 / 18 Avqust 2026
59
13:30 / 18 Avqust 2026
49
13:15 / 18 Avqust 2026
62
12:49 / 18 Avqust 2026
73
12:40 / 18 Avqust 2026
68
12:38 / 18 Avqust 2026
85
12:18 / 18 Avqust 2026
70
12:05 / 18 Avqust 2026
275
11:54 / 18 Avqust 2026
76
11:48 / 18 Avqust 2026
65
11:45 / 18 Avqust 2026
67
11:36 / 18 Avqust 2026
75
11:29 / 18 Avqust 2026
62
11:21 / 18 Avqust 2026
75
11:17 / 18 Avqust 2026
67
11:17 / 18 Avqust 2026
70
11:13 / 18 Avqust 2026
320
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.