Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət
18 Avqust 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2480
24.06.2025, 11:25
ABŞ Fordo nüvə obyektinə zərbə endirən əməliyyatı uğurla həyata keçirib. Gecə yarısı bombalar dağın altındakı nəhəng obyekti vurub. Bu hücumu mümkün edən təkcə döyüş təyyarələri yox, həm də ABŞ Prezidenti Donald Trampın açıqlamaları olub.
Bəs Tramp İrana hücum edərkən dünyanı necə aldadıb?
Oxu24.com musavat.com-a istinadən xatırladır ki, Ağ Evin sözçüsü Karoline Leavitt cümə axşamı mətbuat konfransında prezidentin mesajını təbəssümlə oxuyub.
Mesajda İran və İsrail arasında gedən Yaxın Şərqdəki müharibədə diplomatik həll yolu axtarıldığı və ABŞ-nin müharibəyə getmək istəmədiyi vurğulanıb.
Prezident Trampın bəyanatına görə, İrana hərbi hücum qərarının verilməsi üçün iki həftəlik müddət ayrılıb. Leavitt təkrar edib ki, “Prezident Tramp müharibənin diplomatik yolla həllini axtarır”.
Lakin Leavittin açıqlamalarının pərdəarxasında artıq hazırlıqlara başlanmışdı.
Cəmi 30 saatdan sonra Tramp tələsik helikopterə minib və malikanəsinə gedib. Müdafiə naziri Heqset prezidentə zəng edib. Tramp yol ayrıcına gəlib çatmışdı: Ya günlərlə mövcud olan planları ləğv edəcək, ya da düyməni basacaqdı. Lakin Trampın İsrailin baş naziri Netanyahunun dediklərinə şübhəsi yox idi. İranın nüvə bombası əldə etməsi qəbuledilməz idi. Beləliklə, Tramp İranın nüvə obyektlərinin bombalanması əmrini verib.
ABŞ-ın istifadə edəcəyi "kabus" B-2 təyyarələri dərhal havaya qalxıb. Bununla da Tramp nəinki əməliyyat keçirib, həm də son illərin ən böyük siyasi hiylələrindən birini edib.
B-2 gizli bombardmançı təyyarələrinin İrana uzaq məsafədən hücumu üçün Missuridən havaya qalxmağa hazır olduğu da məlum idi. Ancaq bu təyyarələrin çoxu istifadə edilməyib, çünki bu da hiylə idi. Bir qrup B-2 təyyarəsi görünən şəkildə Sakit okeana doğru uçarkən, hücumu həyata keçirəcək 7 təyyarə sakitcə İrana doğru yönəlib.
Bu taktika kiçik hücum donanmasına böyük uğur gətirib. İran böyük bir hücum gözlədiyi bir vaxtda İsrail qüvvələri hava hücumundan müdafiə sistemlərini artıq məhv edib ABŞ-nin yolunu açmışdı.
Bombalar gecənin yarısında qəflətən düşməyə başlayıb. İran mənbələri yerin zəlzələ kimi titrədiyini yazıb.
Bakupost.az
Onu da qeyd edək ki, müharibə əleyhdarları və Trampa yaxın bəzi şərhçilər ABŞ-nin müharibədə birbaşa iştirakından yarana biləcək mümkün əks reaksiya ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Trampın sosial şəbəkələrdəki sərt mesajları Pentaqonun və Mərkəzi Komandanlığın narahatlığına səbəb olub. Əməliyyat planına qəsdən çaşdıran elementlər əlavə edilib.
Eyni zamanda sualtı qayıqlardan 30 ədəd “Tomaqavk” raketi buraxılıb. Təyyarələr Fordo və Natanz üzərində olarkən cəbhədən daxil olan döyüş təyyarələri İranın hava hücumundan müdafiə sistemlərini sıxışdırıblar.
İranda yerli vaxtla bazar günü səhər saat 02:10-da Fordoya ilk GBU-57 bombaları atılıb. Əməliyyat zamanı ümumilikdə 14 bunkerdeşici bomba istifadə edilib.
Tramp hücumdan dərhal sonra verdiyi açıqlamada İranın nüvə potensialının “tamamilə məhv edildiyini” iddia edib. Lakin Pentaqon rəsmiləri daha ehtiyatlı davranıblar. Dağıdılan obyektlərə ciddi ziyan dəysə də, tam dağılmadığını qeyd ediblər.
ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti ilə bağlı dəqiq məlumata malik olmadığı vurğulanıb.
15:55 / 18 Avqust 2026
14
15:40 / 18 Avqust 2026
48
15:30 / 18 Avqust 2026
51
15:28 / 18 Avqust 2026
49
15:15 / 18 Avqust 2026
56
15:08 / 18 Avqust 2026
61
15:06 / 18 Avqust 2026
52
14:50 / 18 Avqust 2026
67
14:38 / 18 Avqust 2026
70
14:30 / 18 Avqust 2026
75
14:15 / 18 Avqust 2026
65
14:12 / 18 Avqust 2026
68
14:05 / 18 Avqust 2026
69
13:59 / 18 Avqust 2026
60
13:45 / 18 Avqust 2026
73
13:30 / 18 Avqust 2026
68
13:15 / 18 Avqust 2026
83
12:49 / 18 Avqust 2026
82
12:40 / 18 Avqust 2026
78
12:38 / 18 Avqust 2026
99
12:18 / 18 Avqust 2026
76
12:05 / 18 Avqust 2026
311
11:54 / 18 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.