Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
261
24.06.2025, 09:59
Alimlər məktəbdən bəri öyrəndiyimiz su dövranı anlayışını yenidən nəzərdən keçirməyə hazırlaşırlar.
Oxu24.com "Daily Galaxy" nəşrinə istinadən xəbər verir ki, bu qərara səbəb yer kürəsinin daxilində, unikal mineral strukturlarında sıxılmış şəkildə yerləşən nəhəng su rezervuarının aşkar olunmasıdır.
Hələ 2009-cu ildən etibarən geoloqlara məlum idi ki, yerin səthindən 400-600 kilometr dərinlikdə "rinqvudit" adlı nadir bir mineral mövcuddur. Bu mineralın tərkibində yüksək təzyiq altında sıxılmış su molekulları - hidroksil ionları - saxlanılır. Tədqiqatçılardan biri Qrehem Pirson həmin dövrdə bu su ehtiyatının tektonik plitələrin hərəkətləri ilə əlaqəsi ola biləcəyini irəli sürmüşdü.
2022-ci ildə Botsvanada da rinqvuditin tapılması, alimlərə Yer mantiyasında mövcud olan suyun miqyasını daha dəqiq təxmin etməyə imkan verdi. Onların ehtimalına görə, bu su ehtiyatı Yer okeanındakı su miqdarı ilə müqayisə oluna bilər.
Bu səbəbdən tədqiqatçılar artıq mövcud su dövranı modelini yenidən nəzərdən keçirməyə başlayıblar. Alimlərin fikrincə, suyun dövranı planetin tektonik aktivliyi ilə indiyə qədər düşünüləndən daha sıx şəkildə əlaqəlidir.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.