Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət
18 Avqust 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
702
23.06.2025, 17:01
2003-cü ildə Səddam Hüseynin, 2011-ci ildə isə Qəddafinin üzünün yarısı silinərək “Qəddafidən sonrakı dünya” başlığı ilə işıq üzü görən dünyaca məşhur “Time” jurnalı indi də Xamneyinin üzünün qismən cırılmış üz qabığını oxucularına təqdim edib.
Oxu24.com xəbər verir ki, nüfuzlu jurnalın üz qabığı Xamneyinin öldürüləcəyi ilə bağlı gizli kəşfiyyat mesajının alınması ilə bağlı suallar doğurub.
ABŞ-da nəşr olunan “Time” jurnalı 19 iyun tarixli sayında İranın dini lideri Ayətullah Əli Xameneinin üzünün qismən cırılmış olduğu üz qabığını oxucularına təqdim edib.
Jurnalın “The New Middle East” başlıqlı üz qabığı xüsusilə sosial mediada böyük səs-küyə səbəb olub.
Üz qabığının dərcindən sonra sosial media istifadəçiləri Time-ın əvvəlki illərdəki oxşar məsələlərini gündəmə gətiriblər. 2003-cü ildə ABŞ İraqı işğal etməzdən əvvəl jurnal Səddam Hüseynin afişasının boyanmış şəkli ilə “Səddamdan sonrakı həyat” başlığını, 2011-ci ildə isə Müəmmər Qəddafinin üzünün yarı silinmiş şəkli ilə “Qəddafidən sonra dünya” başlığını işlətmişdi.
Hazırda Xamneyini oxşar üz qabığı ilə cırılmış təqdim edən jurnala yönəlik tənqidlər, Xamneyinin öldürüləcəyi ilə bağlı gizli kəşfiyyat mesajının alınması ilə bağlı sualları gündəmə gətirib. Qapaq şəklinin İsrailin İrana hücumlarından dərhal sonra yayımlanması da diqqət çəkib. Bir çox istifadəçi jurnalın bu addımının İranda rejim dəyişikliyi ideyasını qanuniləşdirməyə yönəlmiş bir media manipulyasiyası ola biləcəyini iddia edib.
Miri
17:10 / 18 Avqust 2026
1
16:51 / 18 Avqust 2026
27
16:45 / 18 Avqust 2026
36
16:30 / 18 Avqust 2026
49
16:15 / 18 Avqust 2026
54
16:07 / 18 Avqust 2026
57
15:55 / 18 Avqust 2026
52
15:40 / 18 Avqust 2026
80
15:30 / 18 Avqust 2026
80
15:28 / 18 Avqust 2026
67
15:15 / 18 Avqust 2026
75
15:08 / 18 Avqust 2026
84
15:06 / 18 Avqust 2026
63
14:50 / 18 Avqust 2026
81
14:38 / 18 Avqust 2026
85
14:30 / 18 Avqust 2026
88
14:15 / 18 Avqust 2026
76
14:12 / 18 Avqust 2026
80
14:05 / 18 Avqust 2026
79
13:59 / 18 Avqust 2026
70
13:45 / 18 Avqust 2026
82
13:30 / 18 Avqust 2026
78
13:15 / 18 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.