Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət
18 Avqust 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
248
23.06.2025, 16:10
Məlum olduğu kimi, ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə zərbə endirib. ABŞ Prezidenti Donald Tramp hücum nəticəsində İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.
Oxu24.com xəbər verir ki, İran dövlət televiziya şirkətinin rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin ABŞ-nin zərbə endirdiyi üç əsas nüvə obyektinin (Fordo, Natanz və İsfahan – red.) hücumdan əvvəl təxliyə etdiyini açıqlayıb.
“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, - deyə Abedini vurğulayıb.
İran parlamentinin sədrinin müşaviri Mehdi Məhəmmədi isə öz növbəsində qeyd edib ki, İran Fordo nüvə obyektinə hücumu gözləyib, buna görə də, obyekt əvvəldən təxliyə edilib.
Bununla yanaşı, peyk kəşfiyyatı ilə məşğul olan “Maxar” şirkəti isə qeyd edib ki, ABŞ hücumlarından iki gün əvvəl Fordo zavodu yaxınlığında yük avtomobillərinin və nəqliyyat vasitələrinin qeyri-adi fəallığı müşahidə edilib. Vurğulanıb ki, bu da obyektdən yüksək zəənginləşdirilmiş uranın çıxarılmasından xəbər verir.
17:10 / 18 Avqust 2026
1
16:51 / 18 Avqust 2026
27
16:45 / 18 Avqust 2026
36
16:30 / 18 Avqust 2026
49
16:15 / 18 Avqust 2026
54
16:07 / 18 Avqust 2026
57
15:55 / 18 Avqust 2026
52
15:40 / 18 Avqust 2026
80
15:30 / 18 Avqust 2026
80
15:28 / 18 Avqust 2026
67
15:15 / 18 Avqust 2026
75
15:08 / 18 Avqust 2026
84
15:06 / 18 Avqust 2026
63
14:50 / 18 Avqust 2026
81
14:38 / 18 Avqust 2026
85
14:30 / 18 Avqust 2026
88
14:15 / 18 Avqust 2026
76
14:12 / 18 Avqust 2026
80
14:05 / 18 Avqust 2026
79
13:59 / 18 Avqust 2026
70
13:45 / 18 Avqust 2026
82
13:30 / 18 Avqust 2026
78
13:15 / 18 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.