Uşaqların sağlamlığı üçün yeni qadağa: Fast food restoranlarına məhdudiyyət
18 Avqust 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
218
23.06.2025, 15:55
ABŞ prezidenti Donald Trampın iştirak etməyəcəyi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, iyunun 24-də Haaqada başlayacaq NATO sammitində iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu qərar müdafiə xərclərinin 5 faizə qədər artırılması ilə bağlı konsensus əsasında qəbul edilib.
Bu barədə ABŞ səfiri Metyu Uitaker mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Trampın sammitdə iştirakı ilə bağlı qərar nəhayət ki, qəbul edilib. “NATO-nun 32 ölkəsinin hamısının liderləri Haaqada toplaşacaq”, - səfir bildirib.
Uitakerin sözlərinə görə, sammitin əsas nəticəsi NATO-nun müdafiə xərclərinin artırılmasına dair razılaşma olacaq. “Trampın rəhbərliyi sayəsində NATO müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaqla bağlı tarixi qərara doğru irəliləyir”, o qeyd edib.
Yaponiyanın baş naziri Şiqeru İşibanın sammitdə iştirakdan imtina edəcəyi, onun yerinə Yaponiyanı XİN rəhbərinin təmsil edəcəyi də bildirilir. Avstraliya və Cənubi Koreya liderləri də Haaqaya getməyəcək. Səfərin ləğv edilməsinə səbəb sammit iştirakçılarının Hind-Sakit okean regionunda NATO tərəfdaşları ilə planlaşdırılan görüşünün olmamasıdır.
Bu yaxınlarda İtaliyanın müdafiə naziri Guido Crosetto NATO-nun fəaliyyət prinsiplərini tənqid edərək, təşkilatın müasir çağırışlara cavab vermədiyini bildirib. O, alyans ölkələrini geosiyasi təhdidlərə münasibətini yenidən nəzərdən keçirməyə çağırıb. Həmçinin, Slovakiya ilə bağlı problemlər fonunda baş nazir Robert Fiko ölkəni NATO-dan çıxara biləcəyini və bunun da Alyansın şərq sərhədində dəyişikliyə səbəb ola biləcəyini bildirib.
Nigar
17:10 / 18 Avqust 2026
1
16:51 / 18 Avqust 2026
27
16:45 / 18 Avqust 2026
36
16:30 / 18 Avqust 2026
49
16:15 / 18 Avqust 2026
54
16:07 / 18 Avqust 2026
57
15:55 / 18 Avqust 2026
52
15:40 / 18 Avqust 2026
80
15:30 / 18 Avqust 2026
80
15:28 / 18 Avqust 2026
67
15:15 / 18 Avqust 2026
75
15:08 / 18 Avqust 2026
84
15:06 / 18 Avqust 2026
63
14:50 / 18 Avqust 2026
81
14:38 / 18 Avqust 2026
85
14:30 / 18 Avqust 2026
88
14:15 / 18 Avqust 2026
76
14:12 / 18 Avqust 2026
80
14:05 / 18 Avqust 2026
79
13:59 / 18 Avqust 2026
70
13:45 / 18 Avqust 2026
82
13:30 / 18 Avqust 2026
78
13:15 / 18 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.