Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
251
19.06.2025, 13:55
NATO-nun baş katibi Mark Rutte alyansın Brüsseldəki qərargahının genişmiqyaslı yenidən təşkili təşəbbüsü ilə çıxış edib.
Oxu24.com xəbər verir ki, Politico-nun məlumatına görə, bütöv departamentlər və yüksək səviyyəli kadrlar da daxil olmaqla, onlarla vəzifə ixtisar ediləcək.
Bu qərar Ruttenin NATO strukturunu ABŞ tələblərinə uyğunlaşdırmaq və Donald Trampın ritorikası fonunda Vaşinqtonun alyansdan çıxmaq riskini azaltmaq cəhdləri ilə əlaqələndirilir.
Nəşrin məlumatına görə, səkkiz beynəlxalq departamentdən ikisinin - xalq diplomatiyası departamenti (NATO-nun mətbuat xidməti) və kadrlara cavabdeh olan icra departamentinin ləğv edilməsi planlaşdırılır. Baş katibin ayrı-ayrı sahələrə rəhbərlik edən köməkçiləri də ixtisar olunacaq.
Bəzi işçilərin başqa vəzifələrə keçirilə və ya müqavilə əsasında yenidən işə götürülə bilməsinə baxmayaraq, xeyli sayda işçi vəzifəsini itirəcək. Rəsmi olaraq, təşəbbüs artan qlobal qeyri-sabitlik şəraitində “NATO-nun effektivliyini və çevikliyini artırmaq” zərurəti ilə izah olunur.
Təhlükəsizlik tədqiqatçısı Alexander Mattelaer qeyd etdiyi kimi, Rutte "dəstək heyəti strukturunu prioritetlərinə uyğun olaraq yenidən qurur: müdafiəni gücləndirmək və səmərəliliyi artırmaq."
Mənbələrin sözlərinə görə, islahatlar NATO-nun Haaqa sammiti ərəfəsində özünü dəyişdirmək əzmini nümayiş etdirmək məqsədi daşıyır. Orada Ukraynadakı müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Alyansın gələcək fəaliyyətləri müzakirə olunacaq.
Rutte ABŞ-ın NATO-da iştirakını saxlamaq üçün diplomatik səylərinə görə artıq siyasi dairələrdə “Trampın pıçıltıçısı” adlandırılır. Onun vəzifəsi Donald Trampı NATO-nun həm effektiv, həm də iqtisadi ola biləcəyinə inandırmaqdır.
Tramp dəfələrlə Alyansı tənqid edib və ABŞ-ı geri çəkməklə hədələyib. 2024-cü ildə o, maliyyə öhdəliklərini yerinə yetirməyən üzv dövlətləri müdafiə etməkdən imtina edəcəyini bildirib və hətta açıq şəkildə hədələyib: “Rusiyaya deyəcəyəm – nə istəsəniz edin”.
Almaniya kansleri Fridrix Merz bu yaxınlarda ABŞ-ın Şimali Atlantika Alyansına sadiqliyinə şübhə etmədiyini bildirib. Onun sözlərinə görə, Tramp şəxsi söhbətində ona açıq şəkildə bildirib ki, NATO-dan çıxmaq fikri yoxdur.
Nigar
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.