Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
239
19.06.2025, 12:59
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələrdə iştirakdan kənarlaşdırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə administrasiyadakı mənbələrə istinadən NBC News məlumat yayıb.
Buna səbəb onun prezident Donald Trampın İranın nüvə proqramı ilə bağlı fikirlərinə zidd olan mövqeyi olub.
Qabbard, mənbələrə görə, ABŞ-ın İsrail və İran arasındakı münaqişəyə mümkün müdaxiləsinə qarşı çıxıb və gərginliyi azaltmaq üçün diplomatik kanallar yaratmağa, o cümlədən Avropa ölkələrinin nümayəndələri ilə gizli danışıqlar aparmağa çalışıb.
Bundan əvvəl ABŞ kəşfiyyatı ABŞ Senatına İranın nüvə silahı yaratmaq üzərində işləmədiyi məlumatları təqdim etmişdi. Bu barədə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner məlumat verib. Onun sözlərinə görə, kəşfiyyat orqanlarında İranda hərbi nüvə proqramının mövcudluğuna dair heç bir sübut yoxdur.
Buna baxmayaraq, prezident Tramp kəşfiyyat məlumatlarının onun kursuna təsir etməyəcəyini açıq şəkildə bildirdi. O, jurnalistlərə verdiyi şərhdə "Kəşfiyyatın nə dediyi məni maraqlandırmır" deyib.
NBC News-un məlumatına görə, Qabbardın mövqeyi administrasiyada gərginliyə səbəb olsa da, hətta Ağ Ev İranın nüvə obyektlərinə zərbə endirmək qərarına gəlsə belə, onun vəzifədən çıxarılması ehtimal olunan addım kimi görünmür.
Nigar
22:48 / 18 Avqust 2026
11
22:36 / 18 Avqust 2026
50
22:02 / 18 Avqust 2026
59
21:50 / 18 Avqust 2026
59
21:29 / 18 Avqust 2026
56
21:21 / 18 Avqust 2026
66
21:20 / 18 Avqust 2026
77
21:16 / 18 Avqust 2026
70
20:34 / 18 Avqust 2026
67
20:08 / 18 Avqust 2026
75
19:50 / 18 Avqust 2026
74
19:45 / 18 Avqust 2026
137
19:19 / 18 Avqust 2026
67
19:07 / 18 Avqust 2026
82
18:38 / 18 Avqust 2026
142
18:17 / 18 Avqust 2026
83
18:06 / 18 Avqust 2026
101
17:55 / 18 Avqust 2026
95
17:40 / 18 Avqust 2026
106
17:25 / 18 Avqust 2026
106
17:10 / 18 Avqust 2026
103
16:51 / 18 Avqust 2026
73
16:45 / 18 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.