Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
233
18.06.2025, 15:05
ABŞ-ın Yaxın Şərqdəki bazalarında yerləşdirilən Amerika hərbçilərinin sayı hazırda təxminən 40.000-dir ki, bu da adətən 30.000-ə yaxın olan standart mövcudluq səviyyəsini əhəmiyyətli dərəcədə üstələyir.
Oxu24.com xəbər verir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən ABC News məlumat yayıb.
Kanalın mənbələrinə görə, qoşunların sayında analoji artım 2024-cü ilin oktyabrında, Fələstinin HƏMAS radikal hərəkatının liderləri İsmayıl Haniyə və Livandakı Hizbullah qruplaşmasının rəhbəri Həsən Nəsrullahın ləğvinə cavab olaraq İranın İsrailə zərbə endirməsindən sonra qeydə alınıb. Daha sonra bölgədə ümumi eskalasiya və Yəmən husilərinin hücumlarının artması fonunda bölgədəki Amerika hərbçilərinin sayı 43 min nəfərə çatıb.
ABC News-un məlumatına görə, Amerikanın Yaxın Şərqdəki bazaları hazırda yüksək hazırlıq vəziyyətindədir və əlavə təhlükəsizlik tədbirləri görür. Xüsusilə mülki şəxsi heyətin və hərbçilərin ailə üzvlərinin könüllü təxliyə proqramına başlanılıb. Eyni zamanda, telekanalın mənbələri hələlik kütləvi köçün müşahidə olunmadığını bildirilir.
Regionda eskalasiya İsrailin iyunun 13-nə keçən gecə İranın nüvə infrastrukturuna qarşı başlatdığı “Yüksələn Aslan” əməliyyatı ilə bağlıdır. Bir gün sonra İran İsrail obyektlərinə zərbələr endirməklə cavab verdi. Sonrakı günlərdə tərəflər arasında hücumlar davam edirdi. Hər iki ölkə itkilər və xəsarətlər barədə məlumat verib, həmçinin zərərin məhdud olduğunu bildirsələr də, bir sıra obyektlərin vurulduğunu təsdiqləyib.
Nigar
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.