Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
205
18.06.2025, 11:50
İlk təxliyə reysi İsrail vətəndaşlarını Kiprin Larnaka şəhərindən Təl-Əvivin Ben Qurion hava limanına çatdırıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Qeyd olunur ki, iyunun 18-də Larnakadan İsrailə 10 təyyarənin yola düşməsi planlaşdırılır ki, bunu bir neçə İsrail aviaşirkəti həyata keçirəcək.
İyunun 16-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, indiyədək Rusiya vətəndaşlarının İran və İsraildən tam təxliyəsi ilə bağlı heç bir qərar qəbul edilməyib, lakin Rusiya hakimiyyəti hadisələrin inkişafını izləyir.
İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək, “Rising Lion” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların yerləşdiyi ərazilərə endirilib.
Həmin gün axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” adlı cavab əməliyyatının başladığını elan edib.İsrailə qarşı raket zərbələri endirilib.
İran və İsrail bir-birinə hücumlarını davam etdirir.
Nigar
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.