Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
245
17.06.2025, 12:32
İranda hakimiyyəti kənardan zorla dəyişmək istəyi strateji səhvdir.
Oxu24.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kanadada keçirilən G7 sammiti çərçivəsində deyib.
Siyasətçinin fikrincə, ölkənin öz iradəsinə zidd olaraq kənardan zərbə endirməklə və ya hərbi əməliyyatlar keçirməklə xilas ola biləcəyinə inanan hər kəs yanılır. Makron qeyd edib ki, tarix bunu təsdiqləyir.
Makron İsrail və İran arasında hərbi münaqişənin kəskinləşməsini şərh edib. Fransa lideri Tehran və Təl-Əvivi enerji infrastrukturuna, mədəni və inzibati obyektlərə, ən əsası isə mülki əhaliyə zərbə endirməkdən çəkinməyə çağırıb.
İyunun 16-da İsrailin baş naziri Benyamin Netanyahu İrandakı hərbi əməliyyatın əsas məqsədlərini sadaladı və bunun İslam Respublikasında hakimiyyət dəyişikliyi ilə nəticələnə biləcəyini istisna etmədi.
İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək “Aslan qalxması” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” adlı cavab əməliyyatının başladığını elan etdi.İsrailə raket zərbələri endirildi. Yerusəlim də daxil olmaqla bir sıra şəhərlərdə hava hücumu sirenləri səslənib. Hər iki ölkədəki zərbələr nəticəsində onlarla insan yaralanıb.
İran və İsrail bir-birinə hücumlarını davam etdirir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya İsrailin İrana hücumunu pisləyir.
Nigar
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.