Qaynar xətt:

(+99450) 247 90 86

İsfahanda İsrailin hücumu zamanı üç nəfər ölüb, dörd nəfər yaralanıb

İsfahanda İsrailin hücumu zamanı üç nəfər ölüb, dörd nəfər yaralanıb

DÜNYA

186

17.06.2025, 11:18

İranın mərkəzində iyunun 17-si səhər saatlarında İsrailin hücumu zamanı üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Oxu24.com-un “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hücumun baş verdiyi İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib.

"Hücum nəticəsində üç nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb", - o bildirib.

Ə.Salehinin sözlərinə görə, zərbə Kaşan şəhərinin nəzarət-buraxılış məntəqələrindən birinə dəyib.