Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
834
16.06.2025, 12:57
“İranın ali dini lideri müharibə zamanı ölərsə, bu hadisə ölkə daxilində həm sosial, həm də siyasi baxımdan ciddi dəyişikliklərə yol aça bilər. İran dini ideologiya ilə idarə edilən ölkə olduğundan, ali liderin ölümü cəmiyyətin bir hissəsinin xarici düşmənə qarşı birləşməsi ilə nəticələnir”.
Bu fikirləri KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:
“Dini liderin ölkədəki rolu prezidentdən qat-qat güclüdür. İranın siyasi sistemində əsas qərarları prezident deyil, Ayətullah verir. Müharibə zamanı onun həyatını itirməsi ölkədə qərar qəbuletmə prosesində boşluq yarada bilər. Onsuzda müharibənin ilk günlərində İranın bir sıra yüksək rütbəli şəxsləri hədəf alınaraq aradan götürülmüşdü. Belə bir şəraitdə dini liderin də yoxluğu ölkədə xaosa səbəb olar.
Bu durumda İranda hakimiyyətin hərbi çevriliş yolu ilə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) əlinə keçməsi ehtimalı yüksəkdir. SEPAH hazırda ölkədə güclü struktura malikdir və böhran vəziyyətində hakimiyyətə nəzarəti ələ almağa çalışar. Bu isə İranda hərbi diktatura rejiminin yaranmasına gətirib çıxarır.
Digər tərəfdən, dini liderin yoxluğu uzun illər zor gücü ilə yatırılan daxili narazılıqların yenidən alovlanmasına səbəb olur. Xalq arasında molla rejiminə qarşı narazılıqların artdığı bir dövrdə, belə bir sarsıntı kütləvi iğtişaşlara səbəb ola bilər. Bundan istifadə edən müxalif qüvvələr, xüsusilə də İsrailin dəstəyi ilə rejimi dəyişmək üçün fürsət əldə edə bilərlər”.
Politoloq qeyd edib ki, Xomeneinin öldürülməsi, İran daxilindəki milli azlıqların mövqeyini gücləndirə bilər. Bu bölgələrdə müstəqillik tələbləri ilə çıxış edən qrupların fəaliyyəti artacaq və ölkədə parçalanma riski yaranacaq.
“Ali dini liderin olmaması həm də İranın xaricdəki təsir gücünü zəiflədə bilər. Suriyada, İraqda, Livanda və Fələstində İranın dəstəklədiyi qruplar bu ideoloji liderlikdən məhrum qalaraq zəifləyər. İranın şiə təəssübkeşliyi üzərindən yaratdığı regional güc balansı dəyişər.
Eyni zamanda, İran şiəliyin əsas mərkəzlərindən biri olsa da, dini liderin yoxluğu şiə dünyasında liderlik uğrunda İran və İraq arasında rəqabəti artıracaq. Bu da şiə cərəyanında parçalanmalara və ideoloji dağılmalara səbəb olacaq.
Bütün bu daxili və xarici amillər nəticə etibarilə İranın zəifləməsinə və müharibənin ölkənin məğlubiyyəti ilə nəticələnməsinə gətirib çıxara bilər”.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.