Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
400
13.06.2025, 16:45
Macarıstan 2027-ci ilin sonuna kimi Rusiyanın enerji resurslarından tam imtinanın qarşısını almaq üçün Avropa Komissiyası (AK) ilə döyüşə girməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bunu ölkənin baş naziri Viktor Orban bildirib.
Macarıstan hökumətinin başçısı qeyd edib ki, iyunun 16-da Aİ-nin energetika nazirləri Lüksemburqda görüşəndə “ciddi döyüş başlayacaq”.
İclasda əsas diqqət Avropa Komissiyasının bütün Aİ ölkələrinə Rusiyadan neft, eləcə də qaz və nüvə yanacağının alınmasını qadağan etmək təklifi olacaq, deyə Orban izah edib.
"Bu təklif Macarıstan iqtisadiyyatını öldürəcək. Ailələrimiz son iki-üç il ərzində enerji qiymətlərinin artımından əziyyət çəkiblər və mən sadəcə olaraq, onların yeni maliyyə yükünü necə daşıya biləcəklərini görmürəm", - Macarıstanın baş naziri vurğulayıb.
Bir gün əvvəl Estoniya prezidenti Alar Karis Avropa İttifaqını 2026-cı ilə qədər Rusiyadan enerji resurslarının idxalını dayandırmağa çağırıb.
Mayın 6-da Reuters xəbər verib ki, AK 2027-ci ilin sonuna qədər Rusiya qazının alınmasına qadağa qoyulmasını təklif edib. Komissiyanın təqdim etdiyi “yol xəritəsi” bu il yanacaq idxalı üzrə yeni sazişlərə qadağa qoyulmasını təklif edir. Eyni zamanda, iki ildən sonra Aİ-nin Rusiyadan mövcud müqavilələr çərçivəsində şərti və mayeləşdirilmiş təbii qazın tədarükündən tamamilə imtina edəcəyi gözlənilir.
Daha əvvəl Orban Aİ-nin qorxduğu “heyvan” adlandırmışdı.
Nigar
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.