Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
380
13.06.2025, 14:52
İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi xüsusi əməliyyatla bağlı əlavə detallar məlum olub.
İsrailin “Ynet” portalı təhlükəsizlik məsələləri üzrə mənbəyə istinadən İran əraizisinə zərbələrin təfərrüatı barədə yazıb.
Bildirilib ki, sözügedən əməliyyat uzun illər ərzində planlaşdırılıb və prosesdə İsrail Müdafiə ordusu, “Mossad” kəşfiyyat xidməti və İsrailin müdafiə sənayesinin nümayəndələri iştirak edib.
Mənbənin sözlərinə görə, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar.
O əlavə edib ki, əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. Belə ki, bazanın yaradılması ilə məhz həmin agentlər məşğul olub.
Gecə həmin bazadan buraxılan hücum dronları İranın əsas hərbi məntəqələrindən biri olan “Espacabad” obyektində yerləşən “yer-yer” raket qurğusuna zərbələr endirib.
Onu da xatırladaq ki, İsrail Müdafiə ordusu İrana hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsinin iştirak etdiyini açıqlayıb. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.