Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
275
12.06.2025, 19:24
Rusiya Müdafiə Nazirliyi İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq əsir düşən əsgərlərin gündəlik mübadiləsini həyata keçirməyə hazır olduqlarını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrindən əsir götürülmüş hərbçilərin rus əsgərləri ilə gündəlik mübadiləsi aparmağa hazır olduğunu təsdiqləyib.
Açıqlamada, "Təəssüf ki, Ukrayna tərəfi eyni tempdə mübadilə aparmağa hazır deyil" deyilir.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında Türkiyənin ev sahibliyi ilə keçirilən danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərin, 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar əldə edilib.
Bu müqavilə çərçivəsində iyunun 9, 10 və 12-də Rusiya ilə Ukrayna arasında 25 yaşınadək hərbi əsirlərin, ağır xəstələrin və yaralı əsgərlərin iki mərhələli mübadiləsi həyata keçirilib.
Bundan əlavə, Ukrayna dünən müharibədə həlak olan 1212 ukraynalı əsgərin cəsədinin Rusiyadan Ukrayna tərəfinə çatdırıldığını açıqlayıb. Buna cavab olaraq Rusiya Rusiya Silahlı Qüvvələrinin 27 hərbçisinin cəsədinin qaytarıldığını açıqlayıb.
Nigar
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.