Bu şəhərə getmək istəyənlərə şad xəbər
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
229
11.06.2025, 18:35
Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bu il oktyabrın 4-nə təyin edilmiş bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsini təmin etmək üçün nəzərdə tutulan qrantların verilməsini tamamilə dayandırır.
Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Tbilisidəki diplomatik missiyasının iyunun 11-də dərc olunmuş xüsusi bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Gürcüstanda yeni qanunvericiliyin, o cümlədən “xarici agentlər”lə bağlı, eləcə də qrantların verilməsi üçün yeni qaydalar qəbul edildikdən sonra yaranmış qeyri-müəyyənlik səbəbindən Böyük Britaniya səfirliyi bu qanunlara ciddi əməl etməsinə baxmayaraq, Gürcüstan hökumətindən qrant tələbinə cavab ala bilmir.
“Bu səbəbdən biz gələcək bələdiyyə seçkilərinin şəffaflığını və rəqabət qabiliyyətini dəstəkləməyə yönəlmiş qrant təkliflərini ləğv etmək məcburiyyətindəyik”, - səfirliyin bəyanatında deyilir.
Sənəddə, həmçinin 2021-ci ildə keçirilmiş əvvəlki bələdiyyə seçkilərindən fərqli olaraq, hakim “Gürcü Arzusu” partiyası və onun baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətinin ATƏT/DTİHB-nin müşahidə missiyasını hələ də ölkəyə dəvət etməməsindən və seçkilərin zəruri vətəndaş monitorinqinə şərait yaratmamasından təəssüf hissi ifadə olunur.
Aprelin 16-da Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklik edib, ona əsasən, hər hansı qrant (idmanın inkişafı üçün nəzərdə tutulan qrantlar istisna olmaqla) hər bir “qrant layihəsi”ni öyrəndikdən sonra hökumətin əvvəlcədən razılığı ilə verilə bilər. Fiziki və ya hüquqi şəxs “qeyri-qanuni qrant” alarsa, onlar alınan məbləğin ikiqat miqdarında cərimələnəcəklər. Həmin dəyişiklik “Qrantlar haqqında” qanunun icrasına nəzarəti Korrupsiyaya Qarşı Mübarizə Bürosuna həvalə edir.
Nigar
08:59 / 19 Avqust 2026
8
08:51 / 19 Avqust 2026
13
00:29 / 19 Avqust 2026
66
23:51 / 18 Avqust 2026
87
23:16 / 18 Avqust 2026
115
22:48 / 18 Avqust 2026
72
22:48 / 18 Avqust 2026
77
22:36 / 18 Avqust 2026
133
22:02 / 18 Avqust 2026
127
21:50 / 18 Avqust 2026
132
21:29 / 18 Avqust 2026
126
21:21 / 18 Avqust 2026
136
21:20 / 18 Avqust 2026
148
21:16 / 18 Avqust 2026
118
20:34 / 18 Avqust 2026
98
20:08 / 18 Avqust 2026
90
19:50 / 18 Avqust 2026
93
19:45 / 18 Avqust 2026
151
19:19 / 18 Avqust 2026
84
19:07 / 18 Avqust 2026
114
18:38 / 18 Avqust 2026
158
18:17 / 18 Avqust 2026
96
18:06 / 18 Avqust 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.