Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
672
10.06.2025, 07:20
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”.
Oxu2.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
“Təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.
Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır: Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.
Həmçinin oxuyun
Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub.
Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”.
Qeyd edək ki, Vladimir Medinski müsahibəsində Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək”, - deyib.
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.