Qaynar xətt:

(+99450) 247 90 86

Litva prezidenti Rusiya banklarını SWIFT-dən ayırmağa çağırıb

Litva prezidenti Rusiya banklarını SWIFT-dən ayırmağa çağırıb

DÜNYA

270

08.06.2025, 17:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Litva prezidenti Gitanas Nauseda Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Rusiya banklarını SWIFT banklararası ödəniş sistemindən ayırmağa çağırıb.

Oxu24.com  xəbər  verir   ki, O, bu barədə Bild-ə müsahibəsində bildirib.

Nausėda əlavə edib ki, əks halda Rusiya Avropanı zəif hesab edəcək.

Mayın sonunda Bloomberg xəbər verib ki, Avropa İttifaqı Rusiyaya qarşı son sanksiyalar çərçivəsində 20-dən çox bankı SWIFT sistemindən ayırmağı nəzərdən keçirir.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Brüsselin Rusiya banklarını SWIFT-dən ayırmaq planlarını “əsl ikiüzlülük” adlandırıb, çünki Aİ Rusiya ilə münasibətləri kəsməkdən danışır, lakin eyni zamanda Rusiyadan neft və qaz alışını dolaylı yollarla artırmağa davam edir.

Nigar