Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
199
07.06.2025, 23:29
Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu dəyişikliklərə çata bilmirik. Məsələ təkcə dördüncü sənaye inqilabında, iqlim dəyişikliklərində deyil, həm də dünyada baş verən gözlənilməz epidemiyalarda, müharibələrdə və buna bənzər "sürpriz"lərdədir. Çox vaxt müxtəlif hadisələrdə təlimat və məsləhətlərə ehtiyacımız olur.
Ən vacib suallardan biri belə səslənir: necə varlanmaq olar?
Oxu24.com xəbər verir ki cavab üçün oxu.az Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Vüqar Bayramova müraciət edib.
O, vətəndaşlarımız üçün aktual olan məsləhətlər verib.
V.Bayramov deyib ki, kapitalı artırmaq üçün ilk növbədə onun qorunmasına diqqət yetirmək lazımdır. Və əlbəttə ki, investisiya etmək.
Deputatın sözlərinə görə, indi bunu kiçik və ya orta biznesdə etmək daha yaxşıdır, çünki məhz bu sahə daha çox gəlir gətirir:
"İndiki zamanda onlayn xidmətlərə və innovativ məhsullara tələbat yüksəkdir və bunun üçün böyük büdcə tələb olunmur. Ona görə də əgər vətəndaşlar sahibkarlıqla məşğul olmağı planlaşdırırlarsa, mən məhz onlayn biznesi nəzərdən keçirməyi məsləhət görərdim".
Həmsöhbətimiz böyük məbləğdə pulu evdə saxlamamağı məsləhət görür. Çünki bu halda pul gəlir gətirmir və sadəcə, oğurlana bilər. Buna görə də pulu bankda saxlamaq daha yaxşıdır.
Həmçinin oxuyun
V.Bayramov vurğulayıb ki, bu zaman bir neçə vacib məqamı nəzərə almaq lazımdır:
"Birincisi, bankda yalnız 100 000 manata qədər məbləğ sığortalana bildiyindən bu məbləği keçməmək məsləhətlidir. Əgər 100 000 manatdan çox pulunuz varsa, onu müxtəlif banklarda saxlamaq lazımdır. Ya da bir bankda ailə üzvlərinin adlarından istifadə etməklə bir neçə hesaba bölmək olar.
İkincisi, depozit üzrə faiz dərəcələri 12%-dən az olmalıdır, çünki daha yüksək faiz sığortalanmır.
Məbləğ kiçik ola bilər, amma o sığortalanacaq. Və əgər bank müflis olarsa, pulunuz sizə tam məbləğdə ödəniləcək".
Xarici valyutada pul saxlamaqdan danışarkən parlamentari qeyd edib ki, bu halda faiz dərəcələri daha aşağıdır. Buna görə V.Bayramov pulu manatla saxlamağı məsləhət görür.
"Dollarla pul saxlamaq məzənnə dəyişikliklərindən sığortalayır. Pulun bir hissəsini dollarla, bir hissəsini manatla saxlamaq olar", - deyə o əlavə edib.
Vətəndaşların qızıla investisiya etməyə marağını şərh edən deputat zərgərlik məmulatlarına deyil, külçələrə pul yatırmağı məsləhət görüb.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.