Bu ölkədə yumurtalarla bağlı xəbərdarlıq: Yüzlərlə insan xəstəxanaya yerləşdirildi
19 Avqust 2026, 12:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
312
06.06.2025, 13:40
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında münaqişənin həllinə “məqbul ödəniş müqabilində” kömək etməyə hazırdır.
Oxu24.com xəbər verir O, X sosial şəbəkəsindəki hesabında müvafiq məzmunlu yazı dərc edib.
Siyasətçinin sözlərinə görə, Moskva ödəniş kimi Starlink peyk sisteminin işinə cavabdeh olan şirkətin səhmlərini də qəbul edə bilər.
"Dava etməyin,yoldaşlar!",-deyə Medvedev Tramp və Maska müraciət edərək əlavə edib.
İyunun 5-də ABŞ prezidenti ilə sahibkar arasında ictimai dava baş verib. Buna səbəb biznesmenin ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri postunu tərk etmək qərarı olub.
Mask bu vəzifədən istefa verdikdən sonra Trampın vergi siyasətini tənqid edib. Onun sözlərinə görə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi dövlət büdcəsinin kəsirinin artmasına səbəb ola bilər.
Bunun fonunda Amerika lideri Maskın layihələrinin həyata keçirilməsi üçün subsidiyaların və müqavilələrin verilməsini dayandırmaqla büdcə vəsaitlərinə qənaət etməyi təklif edib. Buna cavab olaraq sahibkar bildirib ki, Donald Trampın adı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə keçir. Sonuncu azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham edilərək həbs edilib. 2019-cu ilin avqustunda həmin şəxs heç bir həyat əlaməti olmayan həbsxana kamerasında tapılıb.
Bundan əlavə, Mask Trampın impiçmentinin lehinə çıxış edib. O, hazırkı dövlət başçısını ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə əvəz etməyə çağırıb.
Bundan əvvəl Rusiya Federasiyasının Dövlət Duması Trampla Mask arasında münaqişənin səhnələşdirilə biləcəyini etiraf etmişdi.
Miri
14:24 / 19 Avqust 2026
1
14:18 / 19 Avqust 2026
27
14:15 / 19 Avqust 2026
26
14:05 / 19 Avqust 2026
35
13:59 / 19 Avqust 2026
50
13:45 / 19 Avqust 2026
52
13:37 / 19 Avqust 2026
55
13:30 / 19 Avqust 2026
54
13:10 / 19 Avqust 2026
62
13:06 / 19 Avqust 2026
66
12:59 / 19 Avqust 2026
60
12:52 / 19 Avqust 2026
292
12:49 / 19 Avqust 2026
264
12:45 / 19 Avqust 2026
74
12:38 / 19 Avqust 2026
74
12:32 / 19 Avqust 2026
103
12:30 / 19 Avqust 2026
61
12:16 / 19 Avqust 2026
61
12:01 / 19 Avqust 2026
74
11:52 / 19 Avqust 2026
72
11:49 / 19 Avqust 2026
75
11:27 / 19 Avqust 2026
72
11:13 / 19 Avqust 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.