Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
714
15.05.2025, 20:44
Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə elmi innovasiyalarla deyil, başqa səbəblərdən qarşı-qarşıya gəliblər.
Oxu24.com xəbər verir ki, "Microsoft"un qurucusu və tanınmış xeyriyyəçi Bill Qeyts verdiyi müsahibədə Maskı dünyanın ən kasıb bölgələrində uşaqların yaşamaq hüququnu əlindən almaqda ittiham edib.
Qeytsin sözlərinə görə, Maskın təşəbbüsü ilə yaradılan və "Hökumətin Səmərəliliyini Artırmaq" məqsədi daşıyan DOGE (Department of Government Efficiency) strukturu bu ilin fevralında ABŞ Beynəlxalq İnkişaf Agentliyini bağlayıb. Bu qərar Mozambik və Qəzzə kimi bölgələrdə HİV-lə mübarizə aparan səhiyyə mərkəzlərinin maliyyə dəstəyindən məhrum edilməsinə səbəb olub.
"Dünyanın ən varlı adamının, dünyanın ən kasıb uşaqlarını öldürməsi gözəl mənzərə deyil," - deyə Qeyts bildirib.
Qeytsin dediyinə görə, USAID-in bağlanması nəticəsində anbarlarda saxlanılan həyat qurtaran dərmanlar və qidalar istifadəsiz qalıb, qızılca, HİV və poliomielit kimi xəstəliklər isə yenidən yayılmağa başlayıb. Xüsusilə HİV-ə yoluxmuş anaların körpələrinə virus ötürməsinin qarşısını alan müalicə proqramlarının dayanması vəziyyəti daha da ağırlaşdırıb.
"Mən istərdim ki, Mask bu uşaqlarla görüşsün - çünki pulu o kəsdi," - deyə Qeyts əlavə edib.
Digər tərəfdən, Bill Qeyts sərvətinin 99 faizini Gates Fonduna bağışlamağa söz verib. Onun təxminən 107 milyard dollarlıq sərvətindən növbəti 20 il ərzində 200 milyard dollardan çox vəsaitin xeyriyyə işlərinə sərf olunacağı gözlənilir.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.