Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
309
15.05.2025, 19:20
Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.
Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.
O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.
Mayın 12-də Geo TV Pakistanın Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı Bunyan-un-Marsoos əməliyyatını dayandırdığını bildirib.
Pakistan mayın 10-na keçən gecə Hindistana qarşı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin zərbələrinə cavab olduğunu bildirib. İslamabadın hədəfləri Hindistanın Cammu və Kəşmir əyalətindəki hava bazaları və Pəncabdakı raket obyektləri olub. Bu, iki nüvə dövləti arasında onilliklərin ən böyük eskalasiyasıdır.
Zorakılıq aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdən sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.
Nigar
19:56 / 18 Noyabr 2026
1
19:41 / 18 Noyabr 2026
39
19:36 / 18 Noyabr 2026
53
19:36 / 18 Noyabr 2026
58
19:26 / 18 Noyabr 2026
70
19:19 / 18 Noyabr 2026
91
19:15 / 18 Noyabr 2026
74
19:08 / 18 Noyabr 2026
103
18:50 / 18 Noyabr 2026
84
18:45 / 18 Noyabr 2026
101
18:37 / 18 Noyabr 2026
100
18:33 / 18 Noyabr 2026
80
18:22 / 18 Noyabr 2026
102
18:17 / 18 Noyabr 2026
110
18:11 / 18 Noyabr 2026
113
18:05 / 18 Noyabr 2026
100
18:00 / 18 Noyabr 2026
98
17:51 / 18 Noyabr 2026
92
17:49 / 18 Noyabr 2026
96
17:45 / 18 Noyabr 2026
102
17:25 / 18 Noyabr 2026
117
17:20 / 18 Noyabr 2026
123
17:20 / 18 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.