Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
352
15.05.2025, 18:55
Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskini qəbul etməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
“Ərdoğan Zelenskiyə bildirib ki, iki ölkənin liderləri hazır olduqda onları qəbul etməkdən şad olacaq”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Zelenskinin İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etməyəcəyi bildirilirdi.
Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə çıxışında Ukrayna ilə İstanbul raundundan sonra 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Daha sonra Rusiya liderinin sözlərinə görə, Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və əvvəllər razılaşdırılmış saziş layihəsi Moskvanın iddia etdiyi kimi, Qərb tərəfdaşlarının təzyiqi ilə rədd edilib.
Mayın 15-də İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Onu xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin müşayiət edir.
Bundan əvvəl ABŞ-ın İstanbuldakı danışıqlarda iştirakı ilə bağlı təfərrüatlar məlum olub.
Nigar
19:56 / 18 Noyabr 2026
1
19:41 / 18 Noyabr 2026
39
19:36 / 18 Noyabr 2026
53
19:36 / 18 Noyabr 2026
58
19:26 / 18 Noyabr 2026
70
19:19 / 18 Noyabr 2026
91
19:15 / 18 Noyabr 2026
74
19:08 / 18 Noyabr 2026
103
18:50 / 18 Noyabr 2026
84
18:45 / 18 Noyabr 2026
101
18:37 / 18 Noyabr 2026
100
18:33 / 18 Noyabr 2026
80
18:22 / 18 Noyabr 2026
102
18:17 / 18 Noyabr 2026
110
18:11 / 18 Noyabr 2026
113
18:05 / 18 Noyabr 2026
100
18:00 / 18 Noyabr 2026
98
17:51 / 18 Noyabr 2026
92
17:49 / 18 Noyabr 2026
96
17:45 / 18 Noyabr 2026
102
17:25 / 18 Noyabr 2026
117
17:20 / 18 Noyabr 2026
123
17:20 / 18 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.