Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Suriya prezidenti ilə görüşəcək

Tramp Suriya prezidenti ilə görüşəcək

DÜNYA

265

13.05.2025, 20:17

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Səudiyyə Ərəbistanında Suriyanın yeni lideri Əhməd əl-Şara ilə görüşəcək.

Bu barədə Bloomberg-ə Ağ Ev nümayəndəsi bildirib.

Daha əvvəl bildirilmişdi ki, danışıqlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə baş tutacaq və Əl-Şara hakimiyyətə gəldikdən sonra ABŞ ilə Suriya arasında ilk birbaşa təmas olacaq.

Suriyanın yeni lideri investisiya təklifləri, o cümlədən Dəməşqdə Tramp Qülləsinin mümkün tikintisi müqabilində ABŞ-ın sanksiyalarından xilas olacağına ümid edir.

Nigar