Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
342
13.05.2025, 19:10
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker brifinqdə Vaşinqtonun Ukrayna üzrə danışıqlar prosesində irəliləyiş olmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırdığını təsdiqləməyib.
O, sanksiyaların potensial sərtləşdirilməsini şərh edərkən qeyd edib ki, hazırda ABŞ-Rusiya münasibətləri yəqin ki, Ukrayna münaqişəsi ilə bağlı deyil, “çünki biz bu müharibəyə son qoya biləcəyimizi görməliyik”.
Uitaker vurğulayıb ki, münaqişə tərəfləri danışıqlar masasına oturmasalar, “bu müharibənin sonu olmayacaq”.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi mayın 15-də İstanbulda mümkün danışıqları əlamətdar addım adlandırıb. O əlavə edib ki, cümə axşamı hadisələrin necə inkişaf etdiyinə baxmaq və addım-addım hərəkət etmək lazımdır.
O, həmçinin etiraf edib ki, həmin gün razılaşma əldə oluna bilər və sülh gələ bilər.
Mayın 13-də Bloomberg mənbələrinə istinadən xəbər verir ki, əgər prezident Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edərsə və ya Moskva mayın 15-də dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, o zaman Avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etməyə çağıracaq.
Nigar
21:09 / 18 Noyabr 2026
27
21:03 / 18 Noyabr 2026
46
20:53 / 18 Noyabr 2026
53
20:50 / 18 Noyabr 2026
52
20:45 / 18 Noyabr 2026
172
20:42 / 18 Noyabr 2026
66
20:40 / 18 Noyabr 2026
74
20:34 / 18 Noyabr 2026
75
20:28 / 18 Noyabr 2026
69
20:19 / 18 Noyabr 2026
465
20:05 / 18 Noyabr 2026
105
19:56 / 18 Noyabr 2026
108
19:41 / 18 Noyabr 2026
94
19:36 / 18 Noyabr 2026
99
19:36 / 18 Noyabr 2026
94
19:26 / 18 Noyabr 2026
108
19:19 / 18 Noyabr 2026
124
19:15 / 18 Noyabr 2026
104
19:08 / 18 Noyabr 2026
133
18:50 / 18 Noyabr 2026
110
18:45 / 18 Noyabr 2026
128
18:37 / 18 Noyabr 2026
123
18:33 / 18 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.