Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
431
13.05.2025, 14:05
İran ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri fonunda istənilən hücuma cavab verməyə hazır olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri vurğulayıb ki, İran silahlı qüvvələri istənilən hadisələrə tam hazırdır.
Baqiri İran Ordusunun komandanı general-leytenant Əbdülrəhim Musəvi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami ilə birlikdə ordunun və İran İnqilabı Keşikçiləri Korpusunun Fars körfəzində yerləşən döyüş hissələrini ziyarət edib.
Səfər zamanı İranın hərbi rəhbərləri döyüş hazırlığının yoxlanılması və mümkün əməliyyatlara hazırlıq üzrə tədbirlər həyata keçirib.
"Düşmənlərimiz səhv edərsə və ya İrana qarşı düşmənçilik hərəkətləri planlaşdırarsa, silahlı qüvvələrimiz qətiyyətlə cavab verməyə hazırdır. Düşmənlərə xatırlamalarını tövsiyə edirik ki, İranla münaqişə başlasa, onun qətiyyəti ilə qarşılaşacaqlar və hərbi əməliyyatların xarakteri, vaxtı və yeri yalnız İslam Respublikası tərəfindən müəyyən ediləcək", - Baqiri vurğulayıb.
Baş Qərargah rəisi əlavə edib ki, İran silahlı qüvvələri kəşfiyyat, əməliyyat planlaması və əmrlərin icrası baxımından yüksək hazırlıq səviyyəsindədir.
Bunu ABŞ prezidenti Donald Trampın mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə aparacaq Yaxın Şərq səfəri fonunda deyib.Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və maliyyə naziri Skot Bessent daxildir.
Səfər zamanı Tramp və komandası Ərəb monarxiyaları ilə investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini, həmçinin müdafiə və təhlükəsizlik məsələlərini, o cümlədən Qəzza zolağı, Yəmən və Ukraynadakı münaqişələrin həllini müzakirə etməyi planlaşdırır.
Nigar
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.