Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
375
12.05.2025, 23:25
ABŞ-nin sabiq prezidenti Donald Tramp dərman sektorunu silkələyəcək yeni fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, "Truth Social" platformasında paylaşım edən Tramp ölkə tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağını bildirərək, reseptli dərman və əczaxana qiymətlərinin 30%-dən 80%-ə qədər endiriləcəyini açıqlayıb.
Trampın sözlərinə görə, bu fərman yalnız ABŞ üçün deyil, bütün dünyada dərman qiymətlərinə təsir edəcək. "Qiymətlər bütün dünyada artaraq bərabərlik yaradacaq və uzun illərdən sonra ilk dəfə Amerikaya ədalət gətirəcək", - deyə o, vurğulayıb.
Tramp paylaşımında uzun illərdir reseptlə satılan dərmanların ABŞ-də digər ölkələrlə müqayisədə 5-10 dəfə baha olduğunu xatırladıb:
"Bu həmişə izaholunmaz və utancverici olub. Eyni dərman eyni laboratoriyada istehsal olunur, amma ABŞ-də 10 qat baha satılır. Bunu izah etməyin yolu yoxdur" .
Tramp əczaçılıq şirkətlərinin uzun illər boyu tədqiqat və inkişaf (Ar-Ge) xərclərini əsas gətirərək qiymətləri süni şəkildə şişirtdiyini qeyd edib.
"Artıq bu yükü yalnız amerikalılar çəkməyəcək. Kampaniya töhfələri möcüzələr yarada bilər, amma mənimlə və Respublikaçılarla deyil," - deyə o sərt şəkildə bildirib.
Yeni fərmanla ABŞ-ın dərman qiymətlərini dünya üzrə ən aşağı qiymət ödəyən ölkənin səviyyəsinə endirəcəyi planlaşdırılır. Tramp bunun trilyonlarla dollar qənaətə səbəb olacağını və vətəndaşların səhiyyə xərclərinin minimuma düşəcəyini bildirib.
Tramp çıxışının sonunda ənənəvi şüarını təkrarlayaraq bildirib:
"Amerikaya nəhayət ədalətli davranılacaq. Səhiyyə sektoru dəyişəcək. Amerikanı yenidən möhtəşəm edək!"
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.