ABŞ prezidenti Donald Tramp vəziyyətdən məmnundur
15 Dekabr 2025, 23:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
392
05.03.2025, 17:35
Argentina Prezidenti Xavyer Miley Ukrayna lideri Volodimir Zelenski ilə olan birgə fotolarını “X” hesabından silib.
Bu barədə məlumatı “RTN” portalı yayıb.
Bildirilib ki, Argentina lideri bunu bir neçə gün əvvəl Ağ Evdə Ukrayna və ABŞ prezidentləri arasında baş verən mübahisədən sonra edib:
“Miley Donald Trampın strategiyasına tam riayət etmək qərarına gəlib və “X” sosial şəbəkəsində Volodimir Zelenski ilə olan bütün fotolarını və məlumatları silib”.
Qeyd edək ki, X.Miley Trampın pərəstişkarı kimi tanınır. O, bundan əvvəl ABŞ liderini “dahi prezident” adlandırmışdı. Bununla yanaşı, Miley seçkiqabağı kampaniyası zamanı “Mini-Tramp” ləqəbini qazanmışdı.
Həmçinin oxuyun
Onu da xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib. Bu gün isə Donald Trampın Ukraynaya hərbi yardımı dayandırdığı məlum olub.(Qafqazinfo)
00:14 / 16 Dekabr 2025
8
00:03 / 16 Dekabr 2025
12
23:55 / 15 Dekabr 2025
18
23:51 / 15 Dekabr 2025
193
23:45 / 15 Dekabr 2025
23
23:28 / 15 Dekabr 2025
33
23:25 / 15 Dekabr 2025
29
23:21 / 15 Dekabr 2025
43
23:14 / 15 Dekabr 2025
32
23:08 / 15 Dekabr 2025
36
23:02 / 15 Dekabr 2025
39
22:54 / 15 Dekabr 2025
34
22:49 / 15 Dekabr 2025
41
22:48 / 15 Dekabr 2025
31
22:31 / 15 Dekabr 2025
56
22:27 / 15 Dekabr 2025
42
22:09 / 15 Dekabr 2025
264
21:59 / 15 Dekabr 2025
52
21:45 / 15 Dekabr 2025
73
21:10 / 15 Dekabr 2025
1609
20:54 / 15 Dekabr 2025
99
20:38 / 15 Dekabr 2025
1332
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.