Qaynar xətt:

(+99450) 247 90 86

“Bayden işimi çətinləşdirir”- Tramp

“Bayden işimi çətinləşdirir”- Tramp

DÜNYA

277

07.01.2025, 10:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı lider Co Baydeni hakimiyyətin keçidinə mane olmaqda ittiham edib.

Oxu24.com xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Bayden hakimiyyətin keçidini mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edir”, - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, bunu Bayden administrasiyasının ətraf mühit və neft hasilatı ilə bağlı son qərarları sübut edir.

Xatırladaq ki, ABŞ Konqresi Donald Trampın ABŞ-nin prezident seçkilərində qələbəsini rəsmən təsdiqləyib. Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.