Kabus geri döndü: Epidemiya 3 ölkəyə yayıldı
27 Avqust 2026, 13:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
553
04.01.2025, 15:12
61 illik Baas rejiminin devrilməsi və Bəşər Əsədin ölkəni tərk etməsindən sonra Suriyada yeni dövr başlayıb. Dünyanın yaxından izlədiyi bu bölgədə ABŞ-ın Həsəkə şəhərindəki bazasındakı son fəallıq müzakirələrə səbəb olub.
OXU24.COM xəbər verir ki, ABŞ-ın Ayn əl-Ərəbdə baza quracağı, əvvəllər “Kinim” oteli olan binanın isə baza qərargahı olacağı iddia edilib.
ABŞ-ın Hasəkə bazasından hərəkət edən logistika materialları, yanacaq, iş maşınları və hazır beton divarları daşıyan hərbi konvoyun Hələbin şərq çölünə doğru hərəkət etdiyi müşahidə edilib.
Bəzi qeyri-rəsmi mənbələrə görə, Sırrin, Tişrin bəndi və digər iki nöqtədə ABŞ-ın müşahidə məntəqələrinin olacağı da iddia edilib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ilin ilk mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib. Sinq bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. ABŞ-ın belə bir niyyətinin olmadığını vurğulayan Sinq, İŞİD-lə mübarizəyə fokuslandıqlarını qeyd edib:
“Bizim Suriyada olmağımızın səbəbi İŞİD-in daimi məğlubiyyətini təmin etməkdir. İndi diqqəti regionda sabitliyə yönəltməyin vaxtıdır. Daha əvvəl dediyimiz kimi, ABŞ Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”.
17:07 / 27 Avqust 2026
1
16:59 / 27 Avqust 2026
21
16:44 / 27 Avqust 2026
37
16:41 / 27 Avqust 2026
35
16:39 / 27 Avqust 2026
330
16:35 / 27 Avqust 2026
40
16:33 / 27 Avqust 2026
44
16:20 / 27 Avqust 2026
41
16:05 / 27 Avqust 2026
61
16:02 / 27 Avqust 2026
57
15:40 / 27 Avqust 2026
190
15:40 / 27 Avqust 2026
62
15:16 / 27 Avqust 2026
65
15:15 / 27 Avqust 2026
67
14:59 / 27 Avqust 2026
65
14:45 / 27 Avqust 2026
70
14:35 / 27 Avqust 2026
73
14:19 / 27 Avqust 2026
82
14:10 / 27 Avqust 2026
76
13:51 / 27 Avqust 2026
74
13:45 / 27 Avqust 2026
65
13:34 / 27 Avqust 2026
85
13:30 / 27 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.