Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
27 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
02.01.2025, 10:28
Rusiyada yeni qaydalara əsasən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində polis əməkdaşları əcnəbilərin faktiki yaşadığı mənzillərə və digər binalara daxil olmaq hüququna malik olacaqlar.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, müvafiq qaydalar martın 5-dən qüvvəyə minəcək qanunda öz əksini tapıb.
Polis, həmçinin Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcək.
Polisin bundan başqa sürgün rejimində olan əcnəbinin bank hesablarının olması və onların nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə banklardan məlumat almaq ixtiyarı olacaq.
Martın 5-dən Daxili İşlər Nazirliyinin əməkdaşları da bu rejimdə, o cümlədən texniki vasitələrdən istifadə etməklə əcnəbi vətəndaşlara nəzarət edə biləcəklər.
Qaydalar, həmçinin bu cür əcnəbilərin Rusiya ərazisində qalmasına köməklik göstərən fiziki və hüquqi şəxslərə də şamil edilir.
Qeyd edək ki, Rusiyada martın 5-dən ölkədə qeyri-qanuni olan və ya qanunu pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün miqrasiya rejimi qüvvəyə minir. Onlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılacaq və onlara miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri də tətbiq ediləcək.
18:43 / 27 Avqust 2026
1
18:34 / 27 Avqust 2026
23
18:28 / 27 Avqust 2026
41
18:26 / 27 Avqust 2026
34
18:15 / 27 Avqust 2026
105
18:13 / 27 Avqust 2026
45
17:59 / 27 Avqust 2026
65
17:58 / 27 Avqust 2026
362
17:53 / 27 Avqust 2026
55
17:45 / 27 Avqust 2026
64
17:30 / 27 Avqust 2026
70
17:23 / 27 Avqust 2026
169
17:19 / 27 Avqust 2026
67
17:15 / 27 Avqust 2026
64
17:15 / 27 Avqust 2026
68
17:07 / 27 Avqust 2026
66
16:59 / 27 Avqust 2026
82
16:44 / 27 Avqust 2026
82
16:41 / 27 Avqust 2026
71
16:39 / 27 Avqust 2026
1015
16:35 / 27 Avqust 2026
98
16:33 / 27 Avqust 2026
80
16:20 / 27 Avqust 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.