Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
27 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
454
01.01.2025, 20:14
Ənsar Allahdan olan husi üsyançıları Yəmənin Marib əyaləti üzərində səmada ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarəsini vurublar.
Oxu24.com “Al Masirah” kanalına istinadən yazır ki, bu barədə husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri Marib əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirən Amerikanın MQ-9 pilotsuz təyyarəsini məhv edə bilib", - hərəkatın sözçüsü Husilərə məxsus Al Masirah telekanalında bildirib.
Sarianın sözlərinə görə, bu, Yəmən hava məkanında 72 saat ərzində məhv edilən ikinci MQ-9 Reaper-dir. Husilərin iddiasına görə, üsyançı qüvvələr Yaxın Şərqdə eskalasiya başlayandan bəri ABŞ-ın bu tipli 14 pilotsuz təyyarəsini vurub.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah xəbərdarlıq edib ki, Fələstin anklavında əməliyyatlar dayandırılana qədər İsraili atəşə tutacaq və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularında üzməsinə mane olacaq. 2024-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmiyə hücum edib.
Buna cavab olaraq ABŞ hakimiyyəti beynəlxalq koalisiyanın yaradıldığını və Qırmızı dənizdə gəmiləri qorumaq üçün “Rifahın keşikçisi” əməliyyatına başladığını elan edib. Bundan sonra Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmən əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Bundan əvvəl Yəmənin paytaxtında güclü partlayışlar baş verib.
Nigar
19:10 / 27 Avqust 2026
1
18:43 / 27 Avqust 2026
228
18:34 / 27 Avqust 2026
48
18:28 / 27 Avqust 2026
58
18:26 / 27 Avqust 2026
51
18:15 / 27 Avqust 2026
152
18:13 / 27 Avqust 2026
57
17:59 / 27 Avqust 2026
73
17:58 / 27 Avqust 2026
450
17:53 / 27 Avqust 2026
63
17:45 / 27 Avqust 2026
71
17:30 / 27 Avqust 2026
75
17:23 / 27 Avqust 2026
207
17:19 / 27 Avqust 2026
70
17:15 / 27 Avqust 2026
69
17:15 / 27 Avqust 2026
71
17:07 / 27 Avqust 2026
69
16:59 / 27 Avqust 2026
84
16:44 / 27 Avqust 2026
83
16:41 / 27 Avqust 2026
72
16:39 / 27 Avqust 2026
1123
16:35 / 27 Avqust 2026
102
16:33 / 27 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.