Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
27 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
288
31.12.2024, 13:17
Ermənistanın hakim “Mülki müqavilə” Partiyasından qovulan deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun genişləndirilmiş iclasını elan edib.
Oxu24.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə “24news”a müsahibəsində deyib.
“Mən ölkəmə və cəmiyyətimə faydalı ola biləcəyimi hiss edirəm. İnanıram ki, təcrübəm dövlətin qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək”, - Ağazaryan bildirib.
Fotoda Ovik Ağazaryan

O əlavə edib ki, “Mülki Müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulub, lakin onların adlarını hələ açıqlamayıb.
Bundan əvvəl də məlum olub ki, Ovik Ağazaryan “Mülki müqavilə” Partiyasından çıxarıldıqdan sonra siyasi birliyini yaratmaq qərarına gəlib. Ona parlamentin daha bir deputatı, hakim “Mülki müqavilə” fraksiyasından xaric edilən Akop Aslanyan da qoşulub.
Fotoda Akop Aslanyan

Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin sabiq rəhbəri Arqişti Kyaramyan arasında mübahisə baş verib. Bundan az sonra Kyaramyan da bir sıra digər yüksək vəzifəli məmurlar kimi vəzifəsindən uzaqlaşdırılıb. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verib.
Ağazaryan istefa verməkdən imtina edib. “Mülki müqavilə”dən ayrıldıqdan sonra bitərəf deputat olub. Baş nazir Nikol Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum olunmasını tələb edib.
Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də bunu təsdiqləyib.
19:22 / 27 Avqust 2026
30
19:10 / 27 Avqust 2026
168
18:43 / 27 Avqust 2026
361
18:34 / 27 Avqust 2026
57
18:28 / 27 Avqust 2026
62
18:26 / 27 Avqust 2026
56
18:15 / 27 Avqust 2026
182
18:13 / 27 Avqust 2026
62
17:59 / 27 Avqust 2026
80
17:58 / 27 Avqust 2026
503
17:53 / 27 Avqust 2026
65
17:45 / 27 Avqust 2026
75
17:30 / 27 Avqust 2026
77
17:23 / 27 Avqust 2026
230
17:19 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
74
17:07 / 27 Avqust 2026
75
16:59 / 27 Avqust 2026
90
16:44 / 27 Avqust 2026
85
16:41 / 27 Avqust 2026
75
16:39 / 27 Avqust 2026
1209
16:35 / 27 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.