Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
28 Avqust 2026, 18:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1661
28.12.2024, 10:25
Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.
Giese peyvənd olunmadan ölümcül virusdan sağ çıxan ilk insan olub. Bu hadisə tibb aləmində inqilabi kəşfə çevrilib.
Bəs bu necə mümkün olub?
Sfera.az bu barədə maraqlı yazı təqdim edir.
Jeanna Giese 15 yaşında olarkən kilsəsinin qarşısında yaralı bir yarasa görüb. Yarasanı götürəndə onu yüngül dişləyib və yara səthi olduğundan ailəsi əlavə tibbi yardıma ehtiyac duymayıb. Ancaq bir neçə həftədən sonra hər şey dəyişib.
Sol qolunda yorğunluq, ikiqat görmə, qusma və karıncalanma kimi simptomlar görünəndə artıq çox gec idi. Quduzluq virusu artıq sinir sisteminə çatmışdı və bu mərhələdən sonra heç bir məlum müalicə üsulu işləmirdi.
Çarəsiz qalan Giesenin həkimləri qeyri-ənənəvi üsul sınamağa qərar veriblər. “Milwaukee Protocol” adlanan bu üsulla xəstənin beyni süni komaya salınır ki, immun sisteminə virusla mübarizə üçün vaxt verilsin.
Dr. Rodney Willoughby və komandası Jeannanın immunitet sisteminin virusa qalib gəlməsi üçün beynini yatırdıblar. Antiviral dərmanlar və sinir sistemini dəstəkləyən birləşmələr də tətbiq edilib.
Ancaq bu metodun əvvəlki uğurlu nümunəsi yox idi və həkimlər Giesenin sağ qalma şansının çox aşağı olduğunu bilirdilər.
Jeanna həftələrlə koma və reanimasiya müalicəsindən sonra gözlərini açıb. Yavaş-yavaş danışmağı, yeriməyi və yeməyi öyrənib. Onun tam sağalması bir il çəkib və hələ də bəzi fiziki təsirlərdən əziyyət çəksə də, həyatına davam edə bildi.
Giese hazırda universitetin biologiya fakültəsində təhsilini davam etdirir və yaşadığı bu möcüzəli hekayə hələ də elm aləmində müzakirə mövzusudur.
Milwaukee Protokolu Giesedən sonra daha bir neçə xəstə üzərində sınaqdan keçirilib. Lakin təəssüf ki, eyni nəticə alınmayıb. Mütəxəssislər hələ də bu metodun niyə yalnız Jeanna üçün işlədiyini anlamağa çalışırlar.







PAYLAŞ
20:50 / 28 Avqust 2026
24
20:40 / 28 Avqust 2026
28
20:07 / 28 Avqust 2026
51
19:53 / 28 Avqust 2026
70
19:29 / 28 Avqust 2026
61
19:26 / 28 Avqust 2026
229
19:16 / 28 Avqust 2026
271
19:09 / 28 Avqust 2026
70
18:47 / 28 Avqust 2026
80
18:30 / 28 Avqust 2026
85
18:21 / 28 Avqust 2026
394
18:10 / 28 Avqust 2026
63
18:00 / 28 Avqust 2026
68
17:59 / 28 Avqust 2026
90
17:40 / 28 Avqust 2026
70
17:30 / 28 Avqust 2026
175
17:15 / 28 Avqust 2026
80
16:59 / 28 Avqust 2026
78
16:55 / 28 Avqust 2026
83
16:45 / 28 Avqust 2026
77
16:30 / 28 Avqust 2026
83
16:13 / 28 Avqust 2026
84
15:59 / 28 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.