Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna təyyarə qəzası ilə bağlı rəsmi AÇIQLAMA VERDİ

Ukrayna təyyarə qəzası ilə bağlı rəsmi AÇIQLAMA VERDİ

DÜNYA

433

27.12.2024, 10:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Azərbaycan sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub.

Oxu24.com xəbər verir ki,Budanov “The War Zone” nəşrinə deyib: “Bildiyimizə görə, təyyarə Rusiya ərazisində Rusiyanın Pantsir-S1 zenit-raket kompleksi tərəfindən vurulub.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda qəzaya uğrayıb. Təyyarə Qroznıda eniş edə bilməyib və qəzaya uğradığı Aktauda təcili eniş tələb edib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Qəza yerindən çəkilən görüntülərdə təyyarənin quyruğunda dəliklərin olması qəzaya səbəb olan xarici qüvvə ilə bağlı fərziyyələrə səbəb olub. Cümə axşamı, dekabrın 26-da Euronews Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Qroznı səmasında pilotsuz uçuş aparatlarının fəaliyyəti zamanı təyyarə Rusiyanın yer-hava raketi ilə zədələnib.

 

Miri