Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Bayden tərəfindən əfv edilən cinayətkarların cəhənnəmə getməsini arzulayıb

Tramp Bayden tərəfindən əfv edilən cinayətkarların cəhənnəmə getməsini arzulayıb

DÜNYA

274

26.12.2024, 20:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın hazırkı prezidenti Co Bayden tərəfindən əfv edilən ölüm cəzasına məhkum edilmiş məhbuslar “cəhənnəmə getməlidirlər”.

 

Oxu24.com xəbər verir ki,bu barədə Amerika dövlətinin seçilmiş rəhbəri Donald Tramp özünün Truth Social sosial şəbəkəsində bildirib.

 

 

Dekabrın 23-də Bayden ölüm hökmündə olan 37 nəfərin cəzasını yüngülləşdirdi. Onlara qarşı cəzalar şərti azadlığa buraxılma imkanı olmadan ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənəcək.

Reuters xəbər verir ki, qərar 40 məhbusdan 37-nə şamil edilib. Dövlət başçısının qərarı “tarixi əfv aktı” adlandırılıb. Ağ Ev bildirib  ki, prezidentliyi dövründə Bayden son sələflərindən daha çox cəzanın dəyişdirilməsi ilə bağlı qərarlar verib.

 

Nigar