Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ABŞ-yə səfir göndərib? -Zaxarova açıqladı

Rusiya ABŞ-yə səfir göndərib? -Zaxarova açıqladı

DÜNYA

471

26.12.2024, 12:57

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-dəki yeni səfirinin Vaşinqtona getməsi ilə bağlı yayılan məlumatları saxta adlandırıb.

Oxu24.com  xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib. 

Diplomat vurğulayıb ki, media Rusiya Federasiyasının ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Şimali Amerika departamentinin direktoru vəzifəsini davam etdirir və Moskvada iş  başındadır.

"Saxtalara inanmayın", - deyə Zaxarova ifadə edib. 

Qeyd edək ki, Anatoli Antonov bu ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vəzifəsindən azad edilib.