Qaynar xətt:

(+99450) 247 90 86

Putindən Kim Çen İnnın ölkəsinə jest

Putindən Kim Çen İnnın ölkəsinə jest

DÜNYA

840

26.12.2024, 17:11

Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri haqqında saziş layihəsi üzərində işləyirlər.

Oxu24.com xəbər verir  ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov deyib.

"Biz Şimali Koreyalı tərəfdaşlarla, o cümlədən konsulluq sahəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət veririk", deyə rəsmi şəxs bildirib.

Klimov qeyd edib ki, hazırda tərəflər vətəndaşların qarşılıqlı səfərləri haqqında saziş layihəsi üzərində geniş iş aparır. Agentliyin həmsöhbətinin sözlərinə görə, Şimali Koreya vətəndaşları elektron vizalardan istifadə etməklə Rusiyaya səfər edə biləcək ölkələrin siyahısına daxildir.

Rusiya Xarici İşlər Nazirliyinin saytının məlumatına görə, ikitərəfli müqavilələr bölməsində Rusiya Federasiyası və KXDR hökumətləri arasında saziş dərc edilib. Sənəddə 1997-ci ildə imzalanmış vətəndaşların qarşılıqlı səfərləri haqqında bənd var. Bu müqavilə hal-hazırda da qüvvədədir.

 

Miri