Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
194
26.12.2024, 10:18
Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
Oxu24.com un xarici KİV-ə istinadən xəbərinə görə, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Qeyd edək ki, “Embraer Е190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.
Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın “Bombardier CRJ-1000”, Avropanın “Airbus A220-100 “və “Airbus A318”, ABŞ-nin “Boeing 717”, “Boeing 737-500” və “Boeing 737-600” təyyarələridir.
“Embraer E190”in ən iri alıcıları ABŞ-nin “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.
Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).
23:28 / 28 Avqust 2026
30
23:11 / 28 Avqust 2026
37
22:56 / 28 Avqust 2026
46
22:32 / 28 Avqust 2026
56
22:12 / 28 Avqust 2026
59
21:45 / 28 Avqust 2026
61
21:09 / 28 Avqust 2026
74
20:50 / 28 Avqust 2026
92
20:40 / 28 Avqust 2026
97
20:07 / 28 Avqust 2026
81
19:53 / 28 Avqust 2026
109
19:29 / 28 Avqust 2026
82
19:26 / 28 Avqust 2026
318
19:16 / 28 Avqust 2026
418
19:09 / 28 Avqust 2026
84
18:47 / 28 Avqust 2026
95
18:30 / 28 Avqust 2026
95
18:21 / 28 Avqust 2026
569
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
77
17:59 / 28 Avqust 2026
102
17:40 / 28 Avqust 2026
76
17:30 / 28 Avqust 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.