Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada güclü zəlzələ baş verdi

Rusiyada güclü zəlzələ baş verdi

DÜNYA

271

16.09.2024, 08:13

Sentyabrın 16-na keçən gecə Kamçatkanın şərq sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

OXU24.COM  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinə istinadən məlumat yayıb.

"Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 km cənub-şərqdə, Sakit Okeanın 18 km dərinliyində olub ", - məlumatda qeyd edilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsi bu zəlzələnin məskunlaşan ərazilərdə hiss olunmamasına aydınlıq gətirib.

Sunami təhlükəsi elan olunmayıb.