Qaynar xətt:

(+99450) 247 90 86

İranlı deputat Rusiyanı tənqid edib

İranlı deputat Rusiyanı tənqid edib

DÜNYA

245

15.09.2024, 21:00

“Mehr” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Rusiyanın mövqeyini tənqid edib.


Bazar günü parlamentin iclasında Fəda Hüseyn Maleki bildirib ki, Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlamenti üçün “qəbuledilməzdir”. O, İslam Respublikasının Xarici İşlər Nazirliyini Rusiya tərəfinə “sərt xəbərdarlıq” etməyə çağırıb.

Malekinin sözlərinə görə, İran Ukraynadakı müharibədə Rusiyanın tərəfini tutmaqda ittiham olunur, ruslar isə üç adanı (Böyük və Kiçik Tunb və Əbu Musa) Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hesab edirlər.

Deputat əlavə edib ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışıb ki, bu da İran üçün qəbuledilməzdir.

 

Miri